Page 78 - heynrix
P. 78
HAYNRİX BÖLL
küçə birdən‐birə boşaldı. İndi yalnız xırda dükanlar, xara‐
balıqlar görünür və yanmış evlərin fasadları arxasında seçilən
tramvay parkının səs‐küyü eşidilirdi.
Təzə bişirilmiş kökə ətri üzümə vuranda dayanıb sağ
tərəfə baxdım, taxta dükanın açıq qapısını gördüm: içəridən
burum‐burum ağ buğ çıxırdı. Qapının ağzında isə bir uşaq
günün altında oturmuşdu. O, gözünü qıya‐qıya səmaya baxırdı
və günəş işığında üzünün məzlum ifadəsindən, qızarmış göz
qapaqlarından kəmağıl olduğunu gördüm, ürəyim ağrıdı.
Əlində təzə bişmiş içi marmeladlı kökə tutmuşdu, ağzı şəkər
tozuna bulaşmışdı və indi kökəni dişləyəndə içindəki qəhvəyi
rəngli sıyıq marmelad köynəyinə damcıladı. İçəridə isə tavanın
üstünə əyilmiş gənc bir qız gördüm: sifəti gözəl, dərisi nap‐
nazik idi. Başına yaylıq bağlasa da, gördüm ki, saçları sarışındır.
O, bişmiş kökələri çırtıldayan yağın içindən çəngəllə bir‐bir
götürüb qaba yığırdı. Qəflətən başını qaldıranda baxışlarımız
toqquşdu. Gülümsədi, təbəssümü ilə sanki məni sehrlədi,
78 özüm də gülümsədim. İkimiz də bir neçə saniyə beləcə
dayandıq, tərpənmədik. Qıza diqqətlə baxanda, haradasa, lap
uzaqlarda özümü də orada gördüm, sanki bir‐birinin üzünə
gülümsəyən doğma bacılar idik. Yadıma düşəndə ki, qoxusu
ilə ağzımı sulandıran bu kökələrdən birini də almağa pulum
yoxdur, baxışlarımı yerə dikdim. Ağıldankəm uşağın ağımtıl
kəkilinə baxdım, pul götürmədiyimə peşman oldum. Fredlə
görüşə gedəndə heç vaxt pul götürmürəm, çünki pulu
görəndə özünü saxlaya bilmir, məni də yoldan çıxarıb içirdir.
Ağıldankəm uşağın koppuş boynuna, üz‐gözünə dağılmış şəkər
tozuna baxdım, azacıq aralanmış qəşəng dodaqlarını görəndə
içimdə paxıllığa bənzəyən nəsə bir hiss baş qaldırdı.
Baxışlarımı qaldırıb ona tərəf çevirəndə qız artıq tavanı
kənara çəkib, başındakı yaylığı açırdı, günəşin şüaları üstünə
düşürdü. Yenə onu tək görmədim, özüm də orada idim. Sanki
göydən düşdüm, çirkli küçələrdən, xarabalıqların arasından,
kilsənin əsas qapısından, şüarın yanından keçərək gəlib taxta
dükanın qabağında dayandım. Arıq idim, kədərli idim, ancaq
gülümsəyirdim.