Page 77 - heynrix
P. 77
İ ROMAN

– Mən yalnız sizə... – əllərini elə tərpətdi ki, sanki ağzın‐ ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
dan çıxan sözləri silirdi, – elə düşünürsünüz, mən onun nə
olduğunu bilmirəm? Nifrəti deyirəm... Özü də keşiş ola‐ola... 77
Onu burda hiss edirəm... – əli ilə qara mantiyasının üstündən
ürəyini göstərdi, – başda duranlara olan nifrəti... Burda, – əli
ilə pəncərəni göstərdi, – bu kilsədə başqa yeparxiyalardan
gələn keşişlər ibadət edirlər. Yaxınlarda olan mehmanxanalar‐
dan gəlirlər. Qurultaylara gələn, qurultaydan gedən səliqə‐
sahmanlı kişilərdir, burdakı natəmizlikdən, xidmətçilərin
azlığından şikayətlənir, bizi söyürlər... Burda on dəqiqəlik, on
üç dəqiqəlik, iyirmi dəqiqəlik, iyirmi beş dəqiqəlik normal
ibadətlər keçirilir... Özü də gündə beş, on, on beş dəfə... Təsəv‐
vürünüzə gətirə bilməzsiniz ki, nə qədər keşiş yollardadır.
Müalicəyə gedən kim, müalicədən gələn kim... Qurultaylar da
istədiyin qədər. On beş ibadətdə də cəmi beş dindar iştirak
edir... Burda əsl rekord vururlar, necə deyərlər, beş əvəzinə on
beş... Ah, mən onlara – otellərdəki vanna otaqlarının xoş ətrini
uçulub dağılan cübbə hücrəsində qoyub gedən zavallı
keşişlərə niyə nifrət etməliyəm? – Baxışlarını pəncərədən çə‐
kib üzümə baxdı, stolun üstündəki qeyd dəftərçəsini, karan‐
daşı mənə uzatdı, ünvanımı ora yazdım və yana sürüşmüş
şlyapamı düzəltdim.

Həmin anda qapı şiddətlə döyülməyə başladı.
– Bəli, bəli, bilirəm, – ucadan dilləndi, – ibadətin vaxtıdır...
Gəlirəm.
Vidalaşmaq üçün əlini uzatdı, köks ötürüb üzümə baxdı,
məni qapıya qədər gətirdi.
Yavaş‐yavaş kilsənin əsas qapısı önündən keçərək yeraltı
keçidə tərəf getdim. İki qadınla bir kişi kilsəyə ibadətə gedirdi,
kilsə ilə üzbəüz üstünə qırmızı hərflərlə “Öz əczaçın olmasa,
neylərsən?!” yazılmış ağ rəngli iri şüar asılmışdı.
Səmada bir qara bulud parçası günəş şüalarının qarşısın‐
dan çəkildi, onun saçaqları altındakı “olmasa” sözündəki “o”
hərfinin içi sarımtıl işıqla doldu. Yoluma davam etdim. Yanım‐
dan qoltuğunda dua kitabı olan bir oğlan uşağı keçib‐getdi və
   72   73   74   75   76   77   78   79   80   81   82