Page 75 - heynrix
P. 75
İ ROMAN
– Qurtardınız? ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
– Bəli, – dedim və əllərini üzündən götürüb stolun kəna‐
rında qatladığı üçün gəlib gözlərim önündə dayanmış saatına 75
baxdım: beşə on bir dəqiqə işləyirdi. Gözlərim qeyri‐ixtiyari
sustalmış, tük basmış kobud qollarına, çırmalanmış köynəyinə
sataşdı, fikirləşdim ki, görəsən, köynəyinin qollarını niyə aşağı
salmır.
O, dərindən nəfəs alıb, yenə əlləri ilə üzünü örtdü, alçaq‐
dan soruşdu:
– Dua edirsiniz?
– Bəli, – deyə cavab verdim və dedim ki, gecələr sınıq‐
salxaq divanımızda uzanıb yadıma düşən bütün duaları oxuyu‐
ram, uşaqları oyatmamaq üçün tez‐tez şam yandırıram, əzbər
bilmədiyim duaları kitabçadan oxuyuram.
Daha heç nə soruşmadı, mən də danışmadım, qolundakı
saata baxdım: beşə on dörd dəqiqə işləyirdi. Bayırdakı tramvay
parkından çəkic səsləri, içəridəki mətbəxdən qab‐qacaq cingil‐
tisi, vağzaldan isə qatarın boğuq uğultusu eşidilirdi.
Nəhayət, əllərini üzündən götürdü, dizləri üstündə
çarpazlayıb üzümə baxmadan dedi:
– Siz hamınız qorxu içindəsiniz, ancaq özünüzə təsəlli
verirsiniz ki, guya bu dünyaya qalib gəlibsiniz. Bunu başa
düşürsünüzmü? – Cavab gözləmədən sözünə davam etdi. –
Dar qapıdan keçirsiniz, çünki məhvə aparan enli yolun qapısı
genişdir, çox adam da bu yolu gedir. Həyata aparan dar yolun
qapısı lap ensizdir, bu yolu da çox az adam tapa bilir...
Yenə susub, əllərini üzünə apardı və sanki barmaqları
arasından mızıldandı:
– Ensizdir... Tanıdığımız yolların ən ensizidir, bıçağın tiyəsi
enindədir, ancaq mənə elə gəlir ki, siz bu yolu gedirsiniz. –
Qəflətən əllərini üzündən çəkdi, bircə saniyəliyə barmaqlıq‐
dakı deşiklərdən üzümə baxdı, əvvəlcə mənə çox mehriban
görünən gözlərindəki zəhmi görəndə qorxdum. – Sizə əmr
edirəm! Əmr edirəm ki, nifrət etdiyiniz keşişinizin müqəddəs
dualarına qulaq asın, onun əlindəki müqəddəs çörəyi qəbul