Page 74 - heynrix
P. 74
HAYNRİX BÖLL

Söykənəcəyinə barmaqlıq mismarlanmış stulu bir az da
stola yaxın çəkdi, oturub, əli ilə məni yanına çağırdı. Stolun
başına fırlanıb onun yanında oturdum.

Keşiş uzun mantiyasını çiyninə saldı, qollarını stolun
üstünə qoydu, üzünü dirsəkləri arasında gizlətmə tərzindən
bilindi ki, bunu çox yaxşı mənimsəyib, əsl peşəkardır.
Barmaqlığın bir neçə gözü sınmışdı və mən “atanın, oğulun və
müqəddəs ruhun adı ilə...” deyə pıçıltı ilə sözə başlayanda o,
qolundakı saata baxdı, mən də ora baxdım və gördüm ki, beşə
üç dəqiqə işləyib. Danışmağa başladım, ağrı‐acılarımı,
qorxularımı, bütün həyatımı, şəhvani hislərdən, müqəddəs
dini ayinlərdən necə qorxduğumu, ailə həyatım barədə
nigarançılığımı onun qulağına pıçıldadım. Dedim ki, ərim məni
qoyub gedib, bir yerdə olmaq üçün hərdən görüşürük. Mən
azacıq ara verən kimi keşiş tez saata baxırdı. Hər dəfə mən də
onunla birlikdə saata baxır, əqrəblərin yavaş‐yavaş irəlilədiyini
görürdüm. Sonra o, baxışlarını qaldırır, onun gözlərini, siqa‐
74 retin saraltdığı barmaqlarını görürdüm. Sonra yenə baxışlarını
yerə dikir, “davam edin!” deyirdi. Özü də bunu çox həlim səslə
deyirdi, bununla belə mənə əzab verirdi, sanki bir əl uzanıb
irinləmiş yaramı sıxırdı.

Pıçıltıma davam etdim, iki il qabaq baş verənlərdən,
Fredlə necə içməyə başladığımızdan, ölən uşaqlarımızdan,
qalan uşaqlarımızdan, qonşularımız Hopfgildən eşitdiklərimiz‐
dən, onlara nə söylədiklərimizdən danışdım. Yenə dayandım,
yenə keşiş saata baxdı, mən də baxdım və gördüm ki, hələ
beşə altı dəqiqə işləyib. Sonra yenə baxışlarını qaldırdı, həlim
səslə “davam edin!” dedi və mən ona böyük‐böyük evlərdə
yaşayan, üzləri krem reklam edən kişilərin sifətlərinə oxşayan
keşişlərə nifrətimdən, frau Frankedən, gücsüzlüyümüzdən,
evimizdəki zir‐zibildən danışdım, axırda da dedim ki, deyəsən,
yenə uşağa qalmışam.

Yenə dayandım, ancaq o, saata baxmadı, gözlərini bircə
anlığa qaldırıb soruşdu:
   69   70   71   72   73   74   75   76   77   78   79