Page 70 - heynrix
P. 70
HAYNRİX BÖLL

– Xahiş edirəm, inciməyin, – dedi, – icazə versəniz,
şokoladı özüm alardım.

– Yaxşı, alın, – deyib pulu yerinə qoydum və çiçəklən‐
məkdə olan bu gənc məxluqun qarşısında özümə nifrət etdim.

– Qoyun Qulli necə istəyir, elə də eləsin, – Bellerman
dilləndi, – o, uşaq dəlisidir.

Növbə ilə uşaqlarımın – Klemensin, Karlanın, balacanın
üzünə baxdım və hiss etdim ki, gözlərim doldu. Klemens başını
tərpədərək dedi:

– Get, ana, hər şey yaxşı olacaq. Suya yaxın getmərik!
Qıza tərəf döndüm:
– Xahiş edirəm, suya yaxın buraxmayın!
– Buraxmarıq, buraxmarıq! – bu sözləri Bellerman dedi
və hər ikisi güldü.
Bellerman paltomu geyməyə kömək etdi, çantamı
götürdüm, uşaqları öpüb dua elədim. Hiss etdim ki, daha bu‐
rada artığam.
70 Bayıra çıxanda qapının ağzında bir anlığa ayaq saxladım,
içəridən gülüş səsləri eşitdim, yavaş‐yavaş pilləkənlə aşağı
düşdüm.
Saat dördün yarısı olmuşdu və küçələr boş idi. Bir neçə
uşaq hoppanqaç oynayırdı. Addım səslərimi eşidəndə başlarını
qaldırdılar. Yüzlərlə adam yaşayan bu küçədə mənim addım‐
larımdan başqa heç nə eşidilmirdi. Yalnız küçənin dərinlik‐
lərindən şit piano dınqıltısı gəlirdi. Pəncərələrdən birinin xəfif
titrəyən pərdəsi arxasında rəngi bir az saralmış, qucağında
gonbul həyət iti tutmuş qadın gördüm. Artıq səkkiz ildir bu‐
rada yaşamağımıza baxmayaraq, hər dəfə baxışlarımı döndə‐
rib ətrafa baxanda başım gicəllənir: bomboz hasarlara çirkli
yamaq‐yumaq vurulub, sanki indicə uçacaq. Pianonun zəif
dınqıltısı dar küçənin səmasında gah ucalır, gah alçalırdı və
mənə elə gəlirdi ki, onun səsi tez‐tez tutulur, melodiya qırılır,
hansısa solğun bənizli bir qızcığazın əlləri onu axtarır, ancaq
tapa bilmir. Addımlarımı yeyinlətdim, baxışlarından vahimə
yağan uşaqların yanından tez ötüb‐keçdim.
   65   66   67   68   69   70   71   72   73   74   75