Page 67 - heynrix
P. 67
İ ROMAN

Meyxanaya qayıdanda sifəti qaralmış kişi hələ də avto‐ ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
matın qarşısında dayanmışdı. Konyak sifariş verib siqaret
yandırdım, ona tərəf baxdım. Mənə elə gəldi ki, rəqəmlərin 67
fırlanma tərzi tanış gəlir və disk vaxtından əvvəl şaqqıldayıb
dayananda diksindim. Kişinin donqultusu eşidildi:

– Heç nə... Heç nə... Heç nə...
Söyə‐söyə meyxanadan çıxanda və mən də oyuna başla‐
maq üçün pul xırdaladanda sahibənin təbəssümü yoxa çıx‐
mışdı. Dəstəyi ilk dəfə necə aşağı çəkdiyimi, üstündə rəqəmlər
olan lövhənin necə sürətlə fırlandığını, fasilələrlə üç dəfə
şaqqıltı səsi gəldiyini, pulların cingilti ilə töküləcəyini necə həs‐
rətlə gözlədiyimi heç vaxt unutmaram!!! Ancaq heç nə tö‐
külmədi...
Orada təxminən yarım saat da qaldım, şnaps içdim, dəs‐
təyi aşağı çəkdim, şüşə lövhələrin necə sürətlə fırlandığına
tamaşa etdim, oradan eşidilən kövrək şaqqıltılara diqqətlə
qulaq asdım. Meyxanadan çıxanda gördüm ki, cibimdə bircə
qəpik də qalmayıb, ona görə Blokların yaşadığı Eşerştrasseyə
təxminən qırx‐qırxbeş dəqiqəlik yolu piyada getdim.
Həmin vaxtdan yalnız belə avtomatlar olan meyxanalara
gedirəm, onların şüşə lövhələrinin adamı sehrləyən ahəngdar
səsinə qulaq asıram, şaqqıltı eşidiləcəyi anı gözləyirəm, hər
dəfə də lövhə dayanıb heç nə tökülməyəndə dəhşətə gə‐
lirəm...
Kete ilə görüşlərimiz özümüzün də hələ yaxşı anlamadığı
bir ahəngə düşüb. Qəfil olduğu üçün vaxtı‐vədəsi bilinmir. Elə
olur ki, axşamlar gecələyəcəyim yerə getməzdən əvvəl evimizə
tərəf gəlirəm, uşaqlar buralarda olduğumdan xəbər tutmasın
deyə qabaqcadan şərtləşdiyimiz qapı zəngi ilə Keteni aşağı
çağırıram. Ən qəribəsi də odur ki, onların yanında qaldığım
son həftələrdə uşaqları bərk döydüyümə baxmayaraq,
deyəsən, məni hələ də sevirlər, çox istəyirlər, məndən danı‐
şırlar. Elə bərk döyürdüm ki, üzümdəki ifadəni, dağılmış
saçlarımı güzgüdə görəndə özüm də qorxurdum. Rəngim
avazıyır, tər məni basırdı, mahnı oxuduğuna görə döydüyüm
oğlumun qışqırtısını eşitməmək üçün qulaqlarımı tuturdum...
   62   63   64   65   66   67   68   69   70   71   72