Page 62 - heynrix
P. 62
HAYNRİX BÖLL
radio cihazı almalıyıq, çünki çox qorxduğum o dəhşətli anlar
başlayanda ucadan nə barədəsə danışmağımız da çox çəkmir
və özümə sual verirəm ki, görəsən, uşaqlar nəsə başa düşürlər,
ya yox? Nə qədər olmasa da, onları eşidirlər və sifətləri ölüm
qoxusu duymuş quzu sifəti kimi titrəyir. İmkan olanda bayıra
göndərirəm, ancaq bazar günləri gün dönən kimi məni
bürüyən kədər dolu ovqat uşaqları da qorxudur. Bayırda o
qəribə lal sükut başlayanda sanki yanaqlarım od tutub yanır,
qızarıram və “döyüş” başlandığından xəbər verən həmin səslər
eşidilən kimi mahnı oxumağa başlayıram. Çarpayının boğuq,
kəsik cırıltısı, göydə süzən sirk ustaları trapesiyaları dəyişərkən
çıxardığı səslərə bənzəyən qışqırtılar eşidilir. Ancaq səsimdə
nəsə bir kövrəklik, inamsızlıq olur, əbəs yerə qulaqlarımda
səslənən melodiyanı tutmağa çalışıram, ancaq alınmır ki,
alınmır... Bazar günü gün əyiləndən sonra başlanan kədər dolu
ovqatın sonu olmur. Sonra onların əldən düşərək necə ağır‐
ağır nəfəs aldıqlarını eşidirəm, siqaret yandırırlar və bundan
62 sonra başlanan sükut da nifrətlə dolu olur. Kündələri stolun
üstünə yığıram, səs salmaq üçün onları şappıldada‐şappıldada
yumrulayıram, sevişmək üçün otaqları olmayan milyonlarla
kasıb adamlar barədə düşünürəm, nəhayət, xəmiri kündələyib
qurtarıram, kənarlarını yuxarı qatlayıb içinə meyvə qoyuram.
VII
Otaq qaranlıq idi, özü də uzun dəhlizin sonundaydı.
Pəncərədən baxanda qaralmış kərpic hasar gördüm. Yəqin, nə
vaxtsa qırmızı olub, üstünə sarı rəngli naxış vurulub, indisə
bozarıb. Hasar uzunu baxanda vağzalın bomboş perronlarını
gördüm. Skamyalardan birində qadınla uşaq oturmuşdu,
limonad köşkündə işləyən qız da qapının ağzında dayanıb,
narahatlıqla ağ önlüyünün ətəyini bura‐bura sinəsinə qaldırır,
sonra da aşağı buraxırdı. Vağzalın arxa tərəfində isə
bayraqlarla bəzədilmiş Baş Kilsə görünürdü. Bomboş vağzalın
arxasında ucalan mehrabın ətrafında basabas salmış adamları
görəndə ürəyim ağrıdı. Oradakı sükut da ürəkağrıdan idi...