Page 59 - heynrix
P. 59
İ ROMAN
– Hələlik, – deyib dəstəyi yavaş‐yavaş yerinə asdım və ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
gördüm ki, sahibə stolun üstünə ikinci qədəh də qoydu.
59
– Yaxın gəlin, – astadan dilləndi, – bir qədəh için.
Əvvəllər hərdən tərsliyim tuturdu, aşağı düşüb otağı‐
mızdan ona şikayət edirdim. Hər dəfə də öz dəhşətli biganəliyi
ilə mənə qalib gəlirdi. Bir qədəh şnaps süzürdü, yorğun
baxışlarından yağan müdriklik dilimi‐ağzımı bağlayırdı. Üstəlik,
başa salırdı ki, otağın təmiri üçillik kirayə haqqından çox eləyir.
Şnaps içməyi də ondan öyrəndim. Əvvəlcə konyak içə bil‐
mirdim, likör istəyirdim. “Likör? – deyirdi. – İndi likör içən
var?” Artıq çoxdan əmin olmuşam ki, düz deyir, konyak yax‐
şıdır.
– Gəlin, quzum, bir qədəh için.
Onunla üzbəüz oturdum. Sərxoş nəzərlərini üzümə dikdi,
baxışlarım onun yanından ötüb, üstündə “Qriss firmasının
kauçuk malları! Keyfiyyətinə söz ola bilməz! Yalnız üstündə
şaxşax leylək şəkli olanları alın!” yazılmış rəngarəng karton
qutulara dikildi.
– Nuş olsun, – dedi. Mən də qədəhimi qaldırdım:
– Nuş olsun!
Konyak içimi ləzzətlə yandırdı və mən Fredi, içkiyə
qurşanan bütün kişiləri yalnız indi başa düşdüm...
– Eh, qızım, – sahibə mənə elə tez konyak süzdü ki, özüm
də mat qaldım. – Heç vaxt şikayətə gəlməyin! Kasıblığın
dərmanı yoxdur. Günortadan sonra uşaqları yanıma göndərin,
burda oynasınlar... Gedəcəksiniz?
– Bəli, – dedim, – gedəcəyəm, ancaq bir cavan oğlana
demişəm, uşaqların yanında qalacaq.
– Gecəni də?
– Bəli, gecəni də...
Sifətində ölgün bir təbəssüm gəzdi, sanki ovurdlarını
şişirtdi, ancaq tezliklə hər şey öz yerinə qayıtdı.
– Elə isə, qutulardan onlara aparın...
– Təşəkkür edirəm, – dedim.
Əri makler olmuşdu, ona üç ev, bərbərxana, çoxlu qutu
qoyub getmişdi.