Page 56 - heynrix
P. 56
HAYNRİX BÖLL

Vağzalın arxa tərəfinə aparan yeraltı keçiddən əsərlənə‐
əsərlənə bir sərxoş çıxıb mənə tərəf gəldi, yaxınlaşanda
gördüm ki, düymə yerində Əczaçılar Birliyinin rəmzi olan
bayraqcıq var. Qarşımda dayandı, paltomun düyməsindən
yapışdı, gəyirəndə qıcqırmış pivə iyi üzümə vurdu.

– Öz əczaçın olmasa, neylərsən? – mızıldandı.
– Heç nə, – dedim, – əczaçım olmasa, heç nə eləyə
bilmərəm.
– Hə, görürsən?! – nifrətlə deyib yaxamı buraxdı, sən‐
tirləyə‐səntirləyə yoluna davam etdi.
Yavaş‐yavaş qaranlıq keçidə düşdüm.
Vağzalın arxa tərəfi tamam sakitlik idi. Şəhərin bu his‐
səsini konfet iyinə qarışmış acıtəhər kakao qoxusu bürü‐
müşdü. Öz binaları, ara yolları ilə üç küçəni tutan böyük bir
şokolad fabriki şəhərin bu hissəsinə istehsal etdiyi dadlı
məhsulun əksinə olan miskin bir görkəm verirdi. Burada daha
çox kasıblar yaşayırdı, otellər ucuz idi, turizm şirkətləri də öz
56 qonaq‐qaralarını bu tərəflərə göndərmirdilər, çünki buradakı
kasıblıq onları qorxudub qaçırdardı. Dar küçələri buğ, tüstü,
qovrulmuş kələm, qızartma iyi başına götürmüşdü, buralar
saplaqlı şirni soran uşaqlarla dolu idi, açıq pəncərələrdə
qısaqol köynəkdə kart oynayan kişilər görünürdü. Uçub
dağılmış evin yanmış divarında böyük, çirkli bir lövhə gördüm.
Üstündə qara bir əl şəkli çəkilmiş, altında da yazılmışdı: “Hol‐
land mehmanxanası”. Əcnəbilər üçün otaqlar, ev mətbəxi,
bazar günləri də rəqs...
Qara əlin tuşlandığı tərəfə getdim, küçənin tinində
reklam tutmuş başqa qara əl gördüm: “Holl. mehm. Üzbəüz‐
də“. Başımı qaldırıb qarşıdakı qırmızı kərpicdən tikilmiş, ancaq
şokolad fabrikinin tüstüsündən qaralmış binanı görəndə
bildim ki, əczaçılar bura gəlib çıxmayıb...

VI
Hər dəfə Fredin səsini telefonda eşidərkən niyə belə
həyəcanlandığıma özüm də mat qalıram. Səsi xırıltılıdır, onda
   51   52   53   54   55   56   57   58   59   60   61