Page 51 - heynrix
P. 51
İ ROMAN

Məni yenə də qəfil bir kədər bürüdü, geniş küçəyə dönən ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
dəstənin ardınca baxdım: adamlar hər yanda diz çökür, sonra
da ayağa durur, şalvarlarının tozunu çırpırdılar və həmin anda 51
dalğalanan dənizə bənzəyirdilər.

Dəstənin arxasınca smokinq geyinmiş iyirmiyə yaxın kişi
gedirdi. Pencəkləri tərtəmiz idi, əyinlərınə yaxşı otururdu,
yalnız ikisindən başqa. Gördüm ki, onlar fəhlədir. Yəqin ki, bu
adamların arasında getmək onlara çox çətin idi, çünki
pencəklər həmin adamların özlərinin olduğu üçün hamısının
üstündə idi, fəhlələrə isə, güman ki, paltarı borc vermişdilər.
Hamı bilirdi ki, yepiskop sosial məsələlərdə çox həssasdır və
yəqin, taxt‐rəvanı çiyinlərində aparanların arasında fəhlələrin
də olmasını tələb etmişdi.

Yanımdan bir dəstə rahib keçib‐getdi. Yaxşı görünürdülər.
Ağ rəngə çalan sarımtıl cübbələrinin üstünə atdıqları qara
mantiyalar, aşağı əyilmiş başlarında tərtəmiz qırxılmış yerlər
gözəl görünürdü. Rahiblər əllərini yanlarına salmaya bilərdilər,
çünki onları cübbələrinin uzun qollarında gizlətmək olurdu.
Dəstə başını fikirli‐fikirli aşağı əyərək addımlayırdı – nə çox
asta, nə çox iti; bir qaydada sidqi‐ürəklə gedirdi. Enli yaxalıqlar,
uzun paltar, ağ və qara rənglərin bir‐birini gözəl tamamlaması
onlara həm gənclik, həm də ziyalı görkəmi verirdi. Onları belə
görəndə az qalır ürəyimdən onların ordeninin üzvü olmaq
keçsin. Ancaq bu rahiblərdən bir neçəsini şəxsən tanıyıram və
bilirəm ki, keşiş geyimində elə keşiş kimi görünürlər.

Ali təhsil görmüş yüz nəfərə yaxın din xadimindən
bəzilərinin əsl ziyalı görkəmi vardı. Bəzilərinin də sifətində
ziyalı kədərinin izləri görünürdü. Çoxunun əynində smokinq
vardı, bəziləri isə adicə boz pencək geymişdi.

Sonra əllərində qədimi fənərlər tutmuş adamların
əhatəsində şəhərin ayrı‐ayrı keşişləri gəlib‐keçdi və mən
gördüm ki, belə qədimi keşiş cübbəsində şax görünmək nə
qədər çətin imiş. Keşişlərin çoxunun tərki‐dünyalıq məsə‐
ləsində bəxti gətirməmişdi, bəziləri çox kök idi, sapsağlam
görünürdü. Səkidə dayanan adamların çoxunun görkəmi pis
idi, yorğun‐arğın görünürdülər, bir az da heyrət içində idilər.
   46   47   48   49   50   51   52   53   54   55   56