Page 49 - heynrix
P. 49
İ ROMAN
əsginaslar, o biri əlinin açıq ovcunda isə qəpik pullar tutmuşdu. ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
Onun kölgəsi üzərimə düşənə qədər gözlərimi döşəməyə
dikdim, sonra başımı qaldırdım və üzümdəki ifadə onu danış‐ 49
mağa məcbur etdi:
– İlahi, niyə belə utanırsınız?
Bu sözlərə etiraz edə bilmədim...
– Alın, – dedi.
Əllərimi irəli uzatdım və o, kağız pulları sağ ovcuma
qoydu, nikel qəpikləri də onun üstünə yığaraq dedi:
– Otuz beşdir... Artığına gücüm çatmır...
– Ah, təşəkkür edirəm, – dedim.
Onun üzünə baxdım, gülümsəmək istədim, ancaq nəsə
gəyirtiyə bənzər bir şey boğazıma tıxanıb qaldı. Yəqin ki, Serj
bütün bunları görüb əzab çəkirdi. Onun tərtəmiz cübbəsi,
tərtəmiz əlləri, tərtəmiz qırxılmış üzü mənə yaşadığımız
mənzilin miskinliyini, kasıblığımızı xatırlatdı. On ildir kasıblığın
dümağ tozu ilə nəfəs alırıq. Bu tozun dadı‐tamı yoxdur, heç
hiss olunmur, görünmür, necə olduğu da bilinmir, ancaq əsl
toz kimi ciyərlərimə, qəlbimə, beynimə dolub, qanıma qarışıb
bütün bədənimdə dolaşır, indi də, az qala, nəfəsimi kəsir.
Öskürdüm, təngnəfəs oldum.
– Onda... – güclə dillənə bildim, – xudahafiz... çox sağ
olun...
– Arvadınıza salam deyin.
– Təşəkkür edirəm, – dedim.
Bir‐birimizə əl verdik və qapıya tərəf getdim. Geri dönüb
baxanda mənə elə gəldi ki, arxamca dua edir və qapı örtülənə
qədər yerindən tərpənmədi: qolları ümidsiz halda yanına
düşmüşdü, sifəti də qıpqırmızı olmuşdu.
Bayırda hava sərin idi. Paltomun yaxalığını qaldırdım.
Yavaş‐yavaş şəhərə tərəf gedirdim və artıq uzaqdan kilsə
nəğmələri, kərənayların uzun‐uzadı uğultusu, mahnı oxuyan
qadınların səsləri eşidilirdi. Qəfil başlayan kişi xoru qadınların
səsini batırdı. Külək bu mahnı səslərini, cürbəcür avazları
xarabalıqların tozuna qatıb gətirirdi və həmin toz hər dəfə
üzümə çırpılanda onunla bərabər oxunan nəğmələrin pafosu‐