Page 54 - heynrix
P. 54
HAYNRİX BÖLL
Ürəyim qəhvə istəyirdi, ancaq pul məsələsində ehtiyatlı
olmaq lazım idi.
Küçə çox tez boşaldı, zir‐zibildən, tapdanmış gül‐çiçək‐
dən, taxta‐tuxtadan, böyrü üstə yıxılmış şüarlardan başqa heç
nə qalmadı. Hamısının üstündə iri hərflərlə kilsə nəğmələrinin
əvvəli yazılmışdı:
Sevinc içində Allahın şəninə tərif de...
Anamız bizim birliyimizə xeyir‐dua versin...
Bəzi şüarların üstündə rəmzlər də vardı: quzu, piyalə,
palma budağı, ürək, lövbər...
Siqaret yandırıb, yavaş‐yavaş şəhərin şimal tərəfindəki
qəsəbələrə tərəf getdim. Uzaqlardan hələ də təntənəli
yürüşün mahnıları eşidilirdi, ancaq bir‐iki dəqiqədən sonra
sakitlik oldu və bildim ki, yürüş iştirakçıları Baş Kilsəyə çatıb.
Kinolardan birində səhər seansı qurtarmışdı və mən filmi
54 müzakirə edən bir qrup gənc ziyalının arasına düşdüm. Əyin‐
lərində plaş, başlarında günlüksüz papaq vardı, yamyaşıl to‐
xunma köynəkli, amerikansayağı parusin qısa şalvarlı qəşəng
bir qızın başına toplaşmışdılar.
... Bayağılığın dərəcəsinə bax...
... Ancaq ifadə vasitələri...
... Kafka...
Uşaqlar yadımdan çıxmırdı. Mənə elə gəlirdi ki, onları
gözümü yumub görürəm: öz uşaqlarımı... oğlum on üç, qızım
on bir yaşında... Yeknəsəq bir gələcəyin gözlədiyi iki cılız
məxluq... Böyüklər mahnı oxumağı xoşlayırdı, ancaq mən evdə
olanda oxuya bilməzdilər. Şən ovqatları, səs‐küyləri məni
qıcıqlandırırdı və onları döyürdüm. Bəli, cismani cəzaya heç
vaxt dözə bilməyən mən indi uşaqlarımı döyürdüm. Sifət‐
lərinə, yanlarına vururdum, çünki dinclik istəyirdim. Axşam
işdən qayıdanda sakit olmaq istəyirdim.
Baş Kilsədən mahnı səsləri gəlir, külək də məni kilsə
nəğmələrinin ahənginə bələyirdi. Vağzaldan sola dönəndə bir