Page 58 - heynrix
P. 58
HAYNRİX BÖLL

– Vağzaldan şimal tərəfdə. Vağzal küçəsi ilə gələrsən, tinə
çatanda lövhənin üstündə qara əl görəcəksən. Şəhadət bar‐
mağın tuşlandığı tərəfə gələrsən. Uşaqlar necədir?

– Yaxşıdırlar.
– Onlara şokolad almışam, şar da götürərik, dondurma
pulu da saxlamışam... Verərəm apararsan... Onlara de ki, mən
çox əzab çəkirəm... çünki onları döymüşəm... düz eləmə‐
mişəm...
– Bunu onlara deyə bilmərəm, Fred!
– Niyə deyə bilmirsən?
– Çünki ağlayacaqlar.
– Qoy ağlasınlar... Ancaq bilməlidirlər ki, mən əzab çə‐
kirəm... Bu, mənim üçün çox vacibdir. Xahiş edirəm, bu barədə
düşün...
Heç bilmədim nə cavab verim. İçən adamlara xas bir
hərəkətlə qədəhini ikinci dəfə doldurub başına çəkən, onu bir
az ağzında saxlayandan sonra içəri ötürən sahibəyə baxdım,
şnaps boğazından keçərkən sifətini azacıq turşutduğunu
58 gördüm.
– Kete... – Fredin səsi gəldi.
– Nədi?
– Hər şeyi uşaqlara danış... Yadından çıxmasın, şokoladı,
şarı, dondurmanı da de. Söz ver ki, deyəcəksən!
– Bacarmaram, – dedim. – Bu gün kefləri kökdür, çünki
təntənəli yürüşə getmişdilər. Döyüldüklərini yadlarına salmaq
istəmirəm. Sonra deyərəm... Səndən söz düşəndə deyərəm...
– Məndən danışırsınız ki?
– Hə... Soruşurlar ki, hardasan. Deyirəm xəstəsən.
– Xəstəyəm?
– Hə, sən xəstəsən!
Fred susdu, dəstəkdə necə nəfəs aldığı eşidildi. Sahibə
mənə göz vurub, razılıqla başını tərpətdi.
– Bəlkə də, düz deyirsən... Bəlkə, mən, doğrudan da,
xəstəyəm... Onda saat beşə qədər. Vağzal küçəsinin tinindəki
qara əl... Kifayət qədər pulum var, rəqsə də gedərik. Hələlik,
əzizim!
   53   54   55   56   57   58   59   60   61   62   63