Page 61 - heynrix
P. 61
İ ROMAN

mişəm, ona görə sanki gözlərim böyüyür, baxışlarım oynayır, ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
sonra da geri – sifətimə tərəf qayıdır... Başım gicəlləndi, sahi‐
bənin əli çiynimə toxunanda, pırpız saçlarını, sərxoş sifətini 61
arxamda görəndə diksinən kimi oldum.

– Özünə fikir ver, göyərçinim, – o, astadan dilləndi. –
Sevib‐sevilmək üçün bəzən‐düzən, ancaq tez‐tez uşaq əkdir‐
mə... Əsl sənə yaraşan boyadır, qızım, elə deyilmi?

Güzgünün qabağından çəkildim, boyanın qapağını geri
burdum:

– Elədir, – dedim, – mən istəyəndir. Ancaq pulum yox‐
dur...

– Ah, belə danışmayın, qaçmırıq ki... sonra verərsən.
– Yaxşı, sonra verərəm, – dedim.
Gözlərim hələ də güzgüdə idi: gördüm təsirlənirəm, sanki
buzun üstündəyəm. Əlimlə gözlərimi tutub aralandım.
Sahibə boş sabun qablarını qucağıma yığdı, boyanı ön‐
lüyümün cibinə qoydu, qapını açdı.
– Çox sağ olun, – dedim, – hələlik...
– Hələlik!
Heç cür başa düşmürdüm ki, niyə Fred uşaqların səs‐
küyünə belə qəzəblənir. Axı sakit uşaqlardır. Mən qazın ya‐
nında olanda, ya da stolu yığışdıranda çox vaxt elə sakit
dayanırlar ki, diksinirəm, onların heç yerə getmədiklərinə
əmin olmaq üçün tez geri dönürəm. Bu qutulardan ev qu‐
rurlar, pıçıltı ilə danışırlar və mən geri dönəndə gözlərimdəki
qorxunu görüb dik atılırlar:
– Nə olub, ana? Nəsə olub? – soruşurlar.
– Heç nə olmayıb, – deyirəm, – heç nə...
Geri dönüb xəmiri kündələyirəm. Onları tək buraxmağa
qorxuram. Əvvəllər yalnız günortalar Fredlə gedirdim. İndi bi‐
rinci dəfə idi ki, bütün gecəni evdə olmayacaqdım. Balaca hələ
yatır və çalışıram ki, ayılmamış aradan çıxım.
Qonşu otaqdakı dəhşətli inilti səsləri, gurultular, fınxırtı‐
lar kəsilib. Kinoya getməzdən qabaq yatıblar. Yavaş‐yavaş
anlamağa başlayıram ki, bu inilti səslərini boğmaq üçün bir
   56   57   58   59   60   61   62   63   64   65   66