Page 66 - heynrix
P. 66
HAYNRİX BÖLL
Kolları, ağacları güllələrdən deşik‐deşik olmuş xiyabanla
tramvay xəttinə tərəf getdik...
“Doqquz”un axırıncı dayanacağındakı meyxanaya girdik.
Hərəmizə bir qədəh konyak sifariş verdim, avtomata onpfen‐
niqlik atdım, nikelli şarlar üstüaçıq taxta boruya töküldü, sonra
bir‐bir yuxarı qalxdı, dəmir yayları sıxaraq həzin bir səs çıxara‐
çıxara nikelli bağlantılara toxundu, yuxarıdakı şüşə lövhələrdə
qırmızı, yaşıl, mavi rəngli rəqəmlər göründü. Sahibə ilə Kete
mənə baxırdılar, mən də oynaya‐oynaya bir əlimi Ketenin boy‐
nuna qoydum. Sahibə əllərini bir‐birinə çarpazlamışdı, iri
sifətində təbəssüm oynayırdı. Mən oynamağa davam edir,
Kete də necə oynadığıma baxırdı. Meyxanaya bir kişi girdi, asta
addımlarla hündür kətillərdən birinə tərəf getdi, çantasını
yaxınlıqdakı stolun üstünə qoyub şnaps sifariş verdi. Sir‐
sifətindən kir tökülürdü, əlləri qəhvəyi rəngə çalırdı, açıq‐mavi
gözləri çox işıltılı görünürdü. O, əvvəlcə Ketenin boynunda
olan əlimə, sonra üzümə baxdı, bir şnaps da istədi. Azacıq
66 keçəndən sonra yanıma gəlib, o qədər də nəzərə çarpmayan,
kassaya oxşayan ikinci avtomatda oynamağa başladı. Bu
avtomatın yarıqlı dəstəyi, qırmızıya çalan böyük lövhəsi vardı,
orada da qara rəngli üç iri rəqəm yanbayan düzülmüşdü. Kişi
yarığa qəpik atdı, dəstəyi çəkdi, yuxarıdakı rəqəmlər fırlanıb
yoxa çıxdı, sonra fasilələrlə üç dəfə şıqqıltı eşidildi, lövhədə
1‐4‐6 rəqəmləri göründü.
– Heç nəəə! – kişi yarığa yenə pul saldı. Üstündə rəqəm‐
lər olan şüşə sürətlə fırlandı, şaqqıltı eşidildi, təzədən bir dəfə,
ikinci dəfə şaqqıldadı, bir anlığa səssizlik oldu və qəflətən
avtomatın polad novundan qəpiklər tökülməyə başladı.
– Döörd! – Kişi mənə tərəf baxıb gülümsədi. – Çox yaxşı
alındı!
Kete əlimi saçlarından götürüb dedi:
– Mən gedim!
Bayırda tramvay xırçıltı ilə dövrə vurub qayıdırdı. Konyak‐
ların pulunu verdim, Keteni dayanacağa gətirdim. O, tramvaya
minəndə üzündən öpdüm, əlini yanağıma sürtdü, gözdən
itincəyə qədər mənə əl elədi.