Page 64 - heynrix
P. 64
HAYNRİX BÖLL

çilçıraqlar kimi eybəcər idi, mavi rəngli yumurtaşəkilli şüşə
kisəyə oxşayırdı, yəqin ki, on beş lampalı idi. Qəhvəyi rəngə
çalan pardaxlı ensiz paltar dolabına baxanda bildim ki, istifadə
olunmur və ümumiyyətlə, buraya istifadə üçün qoyulmayıb.
Bu otaqda qalan adamlar heç vaxt çamadanlarını – əgər
çamadanları olarsa – açmırlar. Yəni onların asılqana keçirilməli
pencəkləri, dolabın gözlərində üst‐üstə yığmağa köynəkləri
olmur. Dolabın açıq qapısından gördüyüm iki asılqan elə nazik
idi ki, pencəyini assan, qırılardı. Burada pencəyi stulun başına
keçirir, şalvarı da üstünə tullayır, qırışıb‐qırışmayacağına fikir
vermirlər. Və özləri ilə gəlmiş, paltarlarını o biri stulun üstünə
tullamış solğun bənizli qadınlara baxırlar. Paltar dolabı burada
artıqdır, rəsmiyyət xatirinə qoyulub, heç kəs də ondan istifadə
eləmir. Əlüzyuyan da adicə mətbəx stolu idi, üstünə ləyən
qoymuşdular, istəyəndə götürüb alta qoymaq olurdu. Ancaq
indi ləyəni götürməmişdilər. Minalı olsa da, bir az köhnəlmişdi.
Saxsı sabunqabı hansısa süngər fabrikini reklam edirdi. Diş
64 məcunu və fırça qoyulan şüşə qab, deyəsən, sınmışdı, yerinə
hələ təzəsi qoyulmamışdı. Hər halda, yox idi. Yəqin ki, əsas
vəzifələri divarları bəzəmək idi, bunun üçün də hansısa
mədəniyyət jurnalının əlavəsində verilmiş “Mona Liza”nın
reproduksiyasından yaxşı heç nə ola bilməzdi. Çarpayılar hələ
təzə idi, yenicə yonulmuş taxta, qıcqırmış yapışqan iyi verirdi.
Yorğan‐döşək üzləri məni maraqlandırmırdı, hələlik onun
üstündə uzanıb arvadımı gözləyirdim, yəqin, özü ilə təmizlərini
gətirəcəkdi. Adyallar yun idi, yaşıl rəngə çalırdı, bir az di‐
dilmişdi, üstlərində də top oynadan ayılar təsvir olunmuşdu,
ancaq, əslində, top oynadan adamlara oxşayırdılar, çünki
sifətləri tanınmaz olmuşdu, elə bil bir‐birinə sabun köpüyü
fısqırdan yoğunpeysər atletlərin karikaturaları idi.

Zənglər saat on ikini vurdu.
Stolun üstündəki sabunqabını götürmək üçün ayağa dur‐
dum, siqaret yandırdım. Ən dəhşətlisi o idi ki, həqiqəti heç
kəsə danışa, izah edə bilmirdim, ancaq mənə otaq, pul yalnız
arvadımla yatmaq üçün lazım idi. Eyni şəhərdə yaşamağımıza
   59   60   61   62   63   64   65   66   67   68   69