Page 60 - heynrix
P. 60
HAYNRİX BÖLL

– Birini də içək?
– Xeyr, təşəkkür edirəm.
Titrəyən əlləri şüşəyə toxunan kimi sakitləşdi, hərəkətləri
elə incələşdi ki, özüm də qorxdum. Mənim də qədəhimi
doldurdu.
– Xahiş edirəm, mənə daha süzməyin, – dedim.
– Onda özüm içərəm, – deyib ciddi nəzərlərlə üzümə
baxdı, gözlərini qıyıb soruşdu: – Hamiləsən, əziz balam?
Diksindim. Hərdən özümə də elə gəlir ki, deyəsən, uşağa
qalmışam, ancaq dəqiq bilmirəm. Başımı buladım.
– Zavallı balam! Sizə çətin olacaq... Bir körpə də üstəlik...
– Bilmirəm... – tərəddüdlə dilləndim.
– Dodaq boyasının rəngini dəyişməlisiniz, qızım!
Yenə ciddi nəzərlərlə məni süzdü, ayağa durub əlvan
rəngli xalatının içindəki ağır bədənini stulun, divanın, yazı sto‐
lunun arasından güclə çıxardı.
– Gəlin!
60 Onun arxasınca mağazaya getdim: ütülmüş saçların,
yoxlamaq üçün fisqırdılmış ətirlərin qoxusu sıx duman kimi
otağı bürümüşdü, pəncərələrinə pərdə çəkilmiş otaqda saçbu‐
ran, saçqurudan cihazların nikelləri bu bazar gününün adamı
ümidsizliyə qərq edən solğun işığında sayrışırdı.
– Gəlin, gəlin!
Saçburan kağız lülələrlə, dodaq boyaları ilə, pudralarla
dolu çəkməcələrdə eşələnməyə başladı, dodaq boyalarından
birini tapıb mənə uzatdı:
– Bir bunu yoxlayın.
Qapağını buranda tünd‐qırmızı boya qaxaca dönmüş so‐
xulcan kimi bayıra çıxdı.
– Çox tünd deyil? – soruşdum.
– Tünddür, ancaq yoxlayın...
Buradakı güzgülər tamamilə başqa güzgülərdir. Baxışları
çox dərinliklərə getməyə qoymur, adamın sifətini gözünün
önündəcə saxlayır, onu lap yaxından, özü də olduğundan gözəl
göstərir. İrəli əyildim, tünd‐qırmızı rəngli boyanı ehtiyatla
dodaqlarıma çəkdim. Ancaq mən belə güzgülərə öyrəşmə‐
   55   56   57   58   59   60   61   62   63   64   65