Page 55 - heynrix
P. 55
İ ROMAN

dəstə ağxalatlı kişi gördüm: üstündə dini rəmzlər olan şüarları ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
qoparır, yerinə “Alman Əczaçılar İttifaqı”, “Özəl bir sərgiyə
gəlin!”, “Çoxlu pulsuz nümunələr!”, “Öz əczaçın olmasa, 55
neylərsən?!” yazılmış lövhələr vururdular.

Yavaş‐yavaş, heç özüm də bilmədən “Məryəm Ananın
yeddi dərdi” kilsəsinə üz tutdum, başımı qaldırmadan əsas
giriş qapısının yanından keçdim, səhərçağı nahar etdiyim
meyxanaya tərəf getdim. Elə bil səhər addımlarımı saymışdım,
sanki mənə gizli bir işarə gəldi, ayaqlarım öz‐özünə dayandı,
“başını qaldır!” dedi və dönüb sağa baxanda pərdənin aralı
qalmış ortasından kotletlə dolu boşqabı, böyük, əlvan siqaret
reklamlarını gördüm, qapıya yaxınlaşdım, o dəqiqə də hiss
etdim ki, qız içəridə yoxdur. Ağıldankəm oğlan da getmişdi.
Küncdə bir tramvay sürücüsü oturub şorbasını qaşıqlayır,
qonşu stolda əyləşmiş ər‐arvad isə buterbrodla qəhvə içirdi.
Piştaxtanın arxasındakı şikəst kişi ayağa durdu və deyəsən,
məni tanıdı, dodaqları qaçdı. Tramvay sürücüsü də, ər‐arvad
da mənə tərəf baxdı.

– Nə buyurursunuz? – deyə şikəst kişi soruşdu.
– Siqaret... Beş dənə, – yavaşdan dilləndim, – qırmızı
qutudan...
Yorğun halda cibimdən qəpik pul çıxarıb şüşə lövhəciyin
üstünə qoydum, kişinin uzatdığı siqaretləri götürdüm,
təşəkkür etdim və... dayanıb gözlədim.
Yavaş‐yavaş ətrafa baxdım. İçəridəkilər hələ də gözlərini
məndən çəkməmişdi: dolu qaşığı havadaca qalmış tramvay
sürücüsü də – qaşıqdan şorba damcılayırdı – çeynəməyə ara
verdikləri üçün tikələri ağızlarında qalmış ər‐arvad da... Kişinin
ağzı açıq, arvadınkı isə yumulu idi. Şikəst kişiyə baxdım,
gülümsəyəndə tutqun, kobud, tüklü sifətinin arxasında qızın
sifətini gördüm.
İçəri çökmüş ağır sükutu kişi pozdu:
– Kimisə axtarırsınız?
Başımı buladım, qapıya tərəf dönüb, bir anlığa dayandım,
içəridəkilərin baxışlarının kürəklərimə sancıldığını hiss elədim
və çölə çıxanda gördüm ki, küçə hələ də bomboşdur.
   50   51   52   53   54   55   56   57   58   59   60