Page 52 - heynrix
P. 52
HAYNRİX BÖLL
Tələbələrin başında rəngbərəng papaqlar, boyunlarında
allı‐güllü şərflər vardı, ortada gedənlər də rəngbərəng, ağır
olduğu üçün dik dayanmayan ipək bayraq aparırdılar. Üç‐üç
düzülmüş yeddi‐səkkiz cərgə olardı və onların dəstəsi indi‐
yəcən gördüklərimin arasında ən allı‐güllüsü idi. Sir‐
sifətlərindən ciddilik yağırdı, hamısı da gözünü qırpmadan irəli
– yəqin, çox uzaqlarda olan, həm də çox cazibədar görünən
bir gələcəyə baxırdı; necə gülünc göründüyündən isə heç
birinin xəbəri yox idi. Hava isti olmasa da, başında mavi‐yaşıl
rəngli papaq olan bir tələbənin üzündən tər sel kimi axırdı.
Ancaq tələbə onu silmək barədə düşünmürdü, özü də gülünc
deyil, bədbəxt görünürdü. Fikirləşdim ki, yəqin, vicdan
məhkəməsinə oxşayan nəsə var, belə təntənəli yürüş zamanı
“icazəsiz” tərlədiyi üçün cəzalandırılacaq və bəlkə də, bütün
gələcəyi sual altında qalacaq. Doğrudan da, heç bir gələcəyi
olmayan adam təsiri bağışlayırdı və tərləməyənlərin də üz‐
gözlərindən bilinirdi ki, ona heç bir şans verilməyəcək.
52 Məktəblilərin də böyük bir dəstəsi gəlib‐keçdi. Onlar
mahnılarını tələsə‐tələsə, qırıq‐qırıq oxuyurdular, elə bil
növbələşirdilər, çünki ön cərgələrdə oxunan misra üçcə
saniyədən sonra arxa tərəfdə bir də aydın şəkildə eşidilirdi.
Təptəzə smokinq geyinmiş bir neçə gənc müəllim və çiyin‐
lərinə büzməli örtük atmış iki cavan ruhani ora‐bura qaçır, əl‐
qol işarələri ilə arxa cərgələrdə ahəngin pozulmamasına
çalışırdılar, ancaq xeyri olmurdu.
Qəflətən başım gicəlləndi, nümayişçilər də, onlara
tamaşa edənlər də gözümdən itdi. Gördüyüm yer daraldı,
balacalaşdı, orada sanki nəsə sayrışmağa başladı və mən yalnız
onları, yəni uşaqlarımı – Klemensi, Karlanı gördüm. Oğlumun
rəngi sapsarı idi, boyu da mavi pencəyin içində bir az uzun
görünürdü. Düymə yerində yaşıl konfirmand budağı, əlində
şam vardı. Ciddi, məsum uşaq sifəti yaman solğun idi... Saçları
mənimki kimi qara, sifəti də mənimki kimi yumru olan nərmə‐
nazik qızım isə gülümsəyirdi. Mənə elə gəldi ki, onlardan çox
uzaqdayam, ancaq ikisini də yaxşı görürdüm, həyatımın bir
parçasına boynuma yüklənmiş yad bir həyat kimi baxırdım.