Page 53 - heynrix
P. 53
İ ROMAN

Mənim bu balaca baxış bucağımda əllərində şam yavaş‐yavaş, ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
təntənə ilə addımlayan uşaqlarımı görəndə yenicə hiss etdim
ki, biz kasıbıq, halbuki elə bilirdim, bunu çoxdan hiss 53
eləmişəm...

Baş Kilsədəki yekun ibadətində iştirak etmək üçün ba‐
sabasla ora tələsən axının arasına düşdüm. Bir xeyli əbəs yerə
gah sağa, gah sola çıxmağa çalışdım. O qədər yorulmuşdum
ki, özümə yol aça bilmirdim. Axırda kütləyə tabe oldum, ancaq
yavaş‐yavaş kənara tərəf meyilləndim. Bu insanların hamısı
iyrənc idi, hamısına da nifrət edirdim. Xatırladığım qədər,
mənim heç vaxt cismani cəzadan xoşum gəlməyib. Yanımda
kimsə döyüləndə çalışmışam ki, mane olum. Əsirlərlə də belə
olub. Onlara cəza verilərkən baxa bilməməyim mənə çox
çətinliklər yaradıb, istehza obyektinə çevirib, hətta təhlükə
qarşısında da qoyub. Ancaq özümlə bacara bilməmişəm,
istəsəm də, alınmayıb. Kimsə döyüləndə, təhqir olunanda
baxa bilmirdim, özü də kiməsə yazığım gəldiyi, kimdənsə
xoşum gəldiyi üçün belə eləmirdim, sadəcə olaraq, buna dözə
bilmirdim.

Ancaq neçə aydır, içimdə kimisə şapalaqlamaq arzusu
baş qaldırıb, bəzən uşaqlarımı döymüşəm, çünki işdən çox
yorğun qayıtdığım üçün səs‐küyə dözə bilmirdim. Onları bərk
döymüşəm. Çox bərk... Özü də bilə‐bilə ki, onlara qarşı
ədalətsizlik edirəm... Və dəhşətə gəlirəm ki, daha özümlə
bacara bilmirəm.

Məni çox tez‐tez qəfil bir istək bürüyür: kimisə şapalaq‐
lamaq istəyirəm... Məsələn, yanımda gedən bu arıq qadını. O
qədər yaxın gedir ki, ondan gələn qıcqırmış deyingənlik
qoxusunu hiss edirəm. Ağzı‐burnu da nifrətdən əyilib, elə hey
qabağımızca gedən, başında yaşıl rəngli fetr şlyapa olan sakit
təbiətli ərinə çımxırır:

– Tez ol! Tez... Tez... Cəld ol, yoxsa ibadətə gecikərik!
Axırda sağ tərəfə çıxa bildim. Axından ayrılıb, ayaqqabı
mağazasının pəncərəsi önündə dayandım, camaatın keçib‐
getməyini gözlədim. Cibimdəki pulları yoxladım, elə oradaca
da kağız pulları, qəpikləri ayrı‐ayrı saydım: hamısı yerində idi.
   48   49   50   51   52   53   54   55   56   57   58