Page 50 - heynrix
P. 50
HAYNRİX BÖLL

nu da hiss edirdim. Ancaq mahnı səsləri qəflətən kəsildi və
mən iyirmi addım da gedəndən sonra təntənəli yürüş işti‐
rakçılarının yenicə girdiyi küçəyə çatdım. Səkidə adam az idi,
dayanıb gözlədim.

Şəhid kimi qıpqırmızı geyinmiş yepiskop sakramentçilərlə
xor oxuyanların arasında təkcə addımlayırdı. Xor oxuyanların
üzündə nəsə bir ümidsizlik, səfeh ifadə vardı, elə bil yenicə ara
verdikləri həzin uğultunun əks‐sədasına qulaq asırdılar.

Yepiskop ucaboy, qamətli idi, dümağ sıx saçları balaca
qırmızı papağının altından çıxmışdı. Şax yeriyirdi, əllərini
sinəsində qoşalaşdırmışdı və gördüm ki, dua etmir, halbuki
əllərini elə tutmuşdu ki, guya dua edir, gözlərini də uzaqlara
zilləmişdi. Sinəsindəki qızıl xaç addımlarının ahənginə uyğun
yellənirdi. Yerişi şah yerişinə oxşayırdı, ayaqlarını uzaqdan
gətirir, hər addımında qırmızı tumac başmaqlarının ucu bir az
yuxarı qalxırdı. Elə bil hərbi keçiddə addımlayırdı, ancaq onu
azacıq dəyişmişdi. Yepiskop zabit olmuşdu. Tərki‐dünya sifəti
50 əsl şəkillik idi, hər hansı həftəlik dini jurnalın üz qabığına çox
yaraşardı.

Yepiskopdan azacıq geridə ruhanilər heyəti gedirdi. On‐
lardan yalnız ikisinə tərki‐dünyalıq görkəmi nəsib olmuşdu,
qalanları isə kök idilər. Bəzilərinin rəngi çox saralmış,
bəzilərininki isə çox qızarmışdı; hamısının da sifətində səbəbi
bilinməyən bir qəzəb düyünlənmişdi.

Zərbaftalı, qeyri‐adi taxt‐rəvanı əyinlərində smokinq olan
dörd kişi aparırdı, onun da altında yepiskopun müavini əlində
“İsanın cismi”ni – çörəyi aparırdı. Çörək çox böyük olsa da,
onu görə bilmədim. Diz çöküb xaç çəkdim, eyni zamanda da
fikirləşdim ki, bu, ikiüzlülükdür, ancaq yadıma düşdü ki, burada
Allahın günahı yoxdur, onun qarşısında diz çökmək də ikiüz‐
lülük deyil. Səkidə dayananların, demək olar, hamısı diz çökdü,
yalnız əynində velvet gödəkcə, başında günlüksüz papaq olan
cavan bir oğlan ayaq üstə qaldı. Ancaq, nə yaxşı ki, siqaret
çəkmirdi! Ağsaç bir kişi arxadan ona yaxınlaşıb nəsə pıçıldadı,
oğlan çiyinlərini çəkərək, papağını çıxarıb sinəsinə sıxdı, ancaq
diz çökmədi.
   45   46   47   48   49   50   51   52   53   54   55