Page 45 - heynrix
P. 45
İKİ ROMAN ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ

getsə, gözəl olacaq. Zəncinin məlahətli, xırıltılı səsi hələ də
eşidilir, iki tərəfdən gələn solğun dua səslərini yarıb keçir. Hiss
edirəm ki, çərənçi vaizlərin çürüntü qoxuyan səsləri məndə
nifrət oyadır:

... they nailed him to cross, nailed him to the cross...
... onlar onu çarmıxa çəkdilər, çarmıxa çəkdilər...
Bəli, bu gün bazardır, evimizi qızartma iyi bürüyüb, bu da
kövrəlmək üçün mənə bəs eləyir. Çox nadir hallarda ət yeyən
uşaqlarımın sevincini görəndə məni ağlamaq tutur.
Zənci hələ də oxuyur:
... and he never said a mumbling word...
... və o, bircə kəlmə də demədi...

V 45
Vağzala qayıtdım, sosis satılan köşkdə pul xırdalatdım və
fikirləşdim ki, bazar günü olduğu üçün özümü çox da əldən
salmayım. Əməlli‐başlı yorulmuşdum, pul üçün yanına ge‐
dəcəyim adamlara da çox ümid eləmirdim, ona görə telefonu
olanlara zəng vurmağı qərara aldım. Bəzən telefonda səsimə
elə bir ahəng qata bilirəm ki, mənə olan etibarı gücləndirir. Axı
sirr deyil ki, səsdən hiss olunan, üzdən bilinən ağır vəziyyət
çox vaxt pul kisələrinin ağzını açılmağa qoymur.
Vağzalın yanındakı telefon köşklərindən biri boş idi. Bir‐
iki mehmanxananın telefon nömrəsini seçib balaca kağıza
yazdım, qeyd dəftərçəmi cibimdən çıxarıb, pul istəyə bilə‐
cəyim adamların nömrələrini axtardım. Cibimdə xırda pul çox
idi, ancaq yenə tərəddüd etdim, köşkün divarından asılmış o
iyrənc köhnə qiymətlərə, pozulmuş istifadə qaydalarına
baxdım, nəhayət, ilk iki qəpik pulu yarığa saldım. Nə qədər
əzab çəksəm də, pul istəməkdən sıxılsam da, borc içində
boğulsam da, içdiyimə peşman olmuram. Elə bir adamın
nömrəsini yığdım ki, ondan nəsə ala biləcəyimə ümid edirdim,
ancaq o da yox desəydi, vəziyyət lap ağırlaşardı, çünki
qalanlarından nəsə istəməyə həvəs qalmayacaq. Qəpiklər
avtomatın kassasına çatana qədər gözlədim, dəstəyi aşağı
   40   41   42   43   44   45   46   47   48   49   50