Page 42 - heynrix
P. 42
HAYNRİX BÖLL

qalxır, gurultu səsi eşidilir, əhəngin tozu çətin bir mübarizənin
başlandığından xəbər verir. Toz içəridəki əşyaların üzərinə
qonur, elə bil hər yerə dümağ pudra səpilir, məcbur olub
hamısının tozunu təzədən alıram. Qırıntılar ayağımın altında
xırçıldayır, “kabinə”nin nazik divarından körpənin necə
öskürdüyünü eşidirəm: yəqin, lənətə gəlmiş bu toz boğazına
dolub. Məni bürüyən ümidsizlik cismani ağrıya çevrilir, şişir,
boğazımda tıxınlaşıb qalır, onu udmağa çalışıram. Boğulmağa
başlayıram, sonra göz yaşlarına, ümidsizliyə qarışmış tozlu
selik mədəmə gedir və doğrudan da, mübarizəyə başlayıram.
Pəncərəni açandan sonra ətim ürpəşə‐ürpəşə süpürgə ilə
qırıntıları bir yerə yığıram, əsgini götürüb hər tərəfi tərtəmiz
silir, onu suya salıram. Bir metr yeri silməmiş, əsgini yumalı
oluram, dupduru su o dəqiqə süd rəngini alır. Üçüncü metr‐
dən sonra su tamam qatılaşır, boşaldanda vedrənin dibinə
iyrənc əhəng qırıntıları yapışıb qalır. Onu dırnağımla qaşıyıb,
vedrəni təzədən yaxalayır, təzədən doldurmalı oluram.
42 Baxışlarım güzgüdəki sifətimin yanından keçib daha
dərinliklərə gedir, əkiz körpələrimi – Reqinamla Robertimi
görürəm. Onları dünyaya gətirdim ki, necə öldüklərini görüm...
Fred öz əlləri ilə onların göbəklərini düyünlədi, alətləri
qaynatdı. Mən ağrıdan qışqıranda həmin əlləri alnıma qoydu.
Sobanı yandırdı, ikimizə də siqaret bükdü. Fred fərari idi,
hərdən mənə elə gəlir ki, qanunlara necə nifrət etdiyini
biləndən sonra onu daha çox sevməyə başladım. Məni qolları
arasına alaraq zirzəmiyə düşürtdü, o iyli‐qoxulu soyuq
zirzəmidə, titrək şam işığında körpələrimi ilk dəfə əmizdirəndə
də yanımda oldu. Klemens balaca kətilin üstündə oturub
şəkilli kitaba baxırdı, mərmilər də evimizin üstündən vıyıltı ilə
uçub gedirdi...

Suyun boğuq şırıltısı məni təzədən zibillə mübarizəyə
səsləyir və vedrəni adət etdiyim tərzdə götürüb döşəməyə
qoyanda görürəm ki, yenicə sildiyim yer artıq quruyub, ancaq
əhəngin bayaq yazmış olduğu “şüarlar”ın izi qalıb. Bilirəm ki,
bu iyrənc ləkələr, onsuz da, getməyəcək, ancaq heç nə olsalar
   37   38   39   40   41   42   43   44   45   46   47