Page 39 - heynrix
P. 39
İ ROMAN

turşusu çıxarırdı... Birdən dükan tamamilə boşaldı. Piştaxtanın ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
önündə yalnız üzünün dərisi sarıya çalan cavan, kök bir oğlan
dayanmışdı. Bir əlində soyuq kotlet, o birində xiyar turşusu 39
tutmuşdu. Tezliklə ikisinin də axırına çıxdı, siqaret yandırdı və
yavaş‐yavaş ciblərində pul axtarmağa başladı. Məlum məsələ
idi ki, pulu kisədə deyildi və mən onun, bir az əzilmiş olsa da,
qəttəzə pencəyinə, qalstukuna baxanda yadıma düşdü ki,
bayırda bayramdır, şəhərdə bazar günü başlayır, bazar günləri
isə pul tapmaq lap çətin olur.

Cavan oğlan da çıxıb getdi, içəridə yalnız pendir‐çörək
tikələrini inadla, səbirlə, onun çıxardığı “sa‐su‐so” səslərini
təkrarlaya‐təkrarlaya ağıldankəm oğlanın ağzına dürtən üzü
tüklü şikəst kişi qaldı. Ancaq kişinin pəltəkliyində həmin qeyri‐
adi, gizli ritmdən əsər‐əlamət yox idi. Fikirli‐fikirli ağzındakı
tikələri yavaş‐yavaş çeynəyən oğlana baxdım. Divara söy‐
kənmiş qız da onlara tamaşa edirdi. Əlindəki bardaqdan isti
süd içir, hərdən də quru çörəkdən bir tikə qoparıb ağzına
qoyurdu. Ətrafa lal bir sükut çökmüşdü və hiss etdim ki,
içimdə nəsə coşqun bir qəzəb baş qaldırır.

– Pulunuzu alın! – Bu sözləri çox ucadan dedim və ayağa
durdum.

Şikəst kişi sualedici soyuq nəzərlərlə mənə tərəf baxanda
utancaqlığa bənzər bir hiss keçirdim. Oğlan da mənə tərəf
çevrildi, ancaq onun dalğın baxışları yanımdan keçib uzaqlara
yayıldı və qız sükutu pozdu:

– Onda işin olmasın, ata, mənə elə gəlir, Bernhard do‐
yunca yeyib.

Pulu əlimdən alıb, stolun altındakı boş siqar qutusuna
atdı, tələsmədən qalığı – qəpikləri şüşənin üstünə saydı və
mən çaypulu verəndə də sakitcə “sağ olun” dedi, əlindəki süd
bardağını ağzına apardı. Hətta gündüzün gur işığında da gözəl
görünürdü və çıxmazdan əvvəl bir anlığa tərəddüd etdim.
İstəsəm, saatlarla burada oturub gözləyərdim. Arxamı onlara
tərəf çevirib dayandım, sonra özümü toplayıb, sakitcə “sala‐
mat qalın” deyərək iti addımlarla bayıra çıxdım.
   34   35   36   37   38   39   40   41   42   43   44