Page 44 - heynrix
P. 44
HAYNRİX BÖLL

olsa, cazibədar gurultusu eşidilir... Körpə uşaqlarını bellərinə
bağlamış qadınlar daş təknələrdə taxıl döyürlər, səfeh ərləri
isə ağızlarında qəlyan tonqalın kənarında otururlar... Ağdərili
bacılarımı Londonun, Nyu‐Yorkun, Berlinin kazarma tipli
evlərində, Parisin yarğana bənzəyən qaranlıq küçələrində
görürəm... Üz‐gözlərindən zəhər yağır, qorxa‐qorxa hansı
sərxoşunsa indicə qışqıracağını gözləyirlər.... Və güzgünün
yanından heç kəsin tanımadığı, heç kəsin tərənnüm etmədiyi
o həşəratlar ordusu mənə tərəf gəlir... Onlar balalarıma ölüm
gətirirlər...

Vedrə çoxdan dolub, bazar günü olsa da, təmizlik işlərini
görməliyəm, zibillə mübarizə aparmalıyam.

Neçə illərdir bu yeganə otağın zibili ilə mübarizə apa‐
rıram, vedrəni doldururam, əsgini onun içində yuyuram, çirkli
suyu aparıb atıram və fikirləşirəm ki, yalnız altmış il öncə hay‐
küylü cavan bənnaların vurduğu suvağın indi ovulub tökülən
əhəng qırıntılarını qaşıyıb, yerini siləndən sonra bu mübarizə
başa çatacaq.
44 Gözlərim tez‐tez güzgüyə sataşır, hər dəfə vedrəni doldu‐
randa ora baxıram və baxışlarım onun dərinliklərindən geri
dönəndə özümün ölgün, baş verənləri biganəliklə izləyən
sifətimi görürəm. Bu sifətdə hərdən təbəssüm də olur – kim
bilir, bəlkə də, balalarımın üzündən qopub gəlir, sifətimə
yapışıb qalır. Bəzən də vəhşi bir qətiyyət, nifrət, amansızlıq ifa‐
dəsi olur, ancaq bunlar məni qorxutmur, əksinə, qürurlandırır.
Bu, heç nəyi yaddan çıxarmayan bir sifətin amansızlığıdır...

Ancaq bu gün bazardır və mən Fredlə bir yerdə ola‐
cağam. Balaca yatır, Klemens də Karla ilə təntənəli nümayişə
gedib, həyətdə isə üç yerdən ibadət dualarının, iki yerdən kon‐
sertin, bir yerdən isə zəncinin xırıltılı səslə oxuduğu mahnının
əks‐sədası eşidilir. Ancaq zəncinin səsi hamısını üstələyir,
qəlbimə yalnız o yol tapa bilir...

... and he never said a mumbling word...
... və o, bircə kəlmə də demədi...
Bəlkə də, Fred pul tapacaq, onda rəqsə gedəcəyik.
Özümə təzə dodaq boyası alacağam, pulunu da aşağıda
yaşayan sahibədən borc götürəcəyəm. Fred mənimlə rəqsə
   39   40   41   42   43   44   45   46   47   48   49