Page 46 - heynrix
P. 46
HAYNRİX BÖLL
basıb bir az dayandım. Alnımda tər puçurlandı, köynəyimin
yaxası boğazıma yapışdı, hiss etdim ki, pul alıb‐almayaca‐
ğımdan çox şey asılı olacaq.
Köşkün qapısı ağzında dayanıb gözləyən bir kişinin köl‐
gəsini gördüm, pulu geri almaq üçün başqa bir düyməni bas‐
maq istəyəndə böyürdəki köşk boşaldı, kişinin kölgəsi çəkilib
getdi. Hələ də tərəddüd edirdim. Yuxarıdan vağzala girib‐çıxan
qatarların boğuq taqqıltısı eşidilir, diktorun səsi də lap uzaqlar‐
dan gəlirdi. Tərimi sildim və fikirləşdim ki, belə qısa vaxt
ərzində Kete ilə görüşmək üçün lazım olan məbləği, onsuz da,
tapa bilməyəcəyəm.
Zəng vurduğum adamın o dəqiqə pul verməsi üçün Al‐
laha yalvardığıma utandım, qəflətən özümü toplayıb nömrəni
yığdım, sol əlimi də dəstəkdən götürdüm ki, onu bir də aşağı
basa bilməyim və sonuncu rəqəmi yığanda bir anlığa sakitlik
oldu, sonra uzun zəng səsləri eşidildi, Serjin indi telefon səs‐
lənən iş otağı gözlərim önündə canlandı. Onun çoxlu kitab‐
46 larını, divarlardakı zövqlə seçilmiş oymaları, üzərində
Müqəddəs Kassius təsvir olunmuş əlvan şüşəli pəncərəni
gördüm. Bayaq gördüyüm şüar yadıma düşdü: “Yaşasın bizim
mənəvi çobanımız!” Və fikirləşdim ki, bu gün din xadimlərinin,
icmaların təntənəli yürüş günüdür, yəqin, Serj evdə olmaz. İndi
lap çox tərlədim və güman ki, ilk əvvəl Serjin səsini eşitmədim,
çünki o, səbirsizliklə bir də dedi:
– Bəli!!! Axı kimdir danışan?
Səsinin tonu olub‐qalan cəsarətimi də əlimdən aldı və bu
bircə saniyənin içində ağlıma min cür fikir gəldi: görəsən, pul
istəyəndə o, tabeliyində işləyən mənlə borc alan məni bir‐
birindən ayıra biləcəkmi? Var gücümlə ucadan “Boqnerdir!”
dedim, sol əlimlə soyuq tərimi sildim, ancaq Serjin səsinin to‐
nuna çox diqqətlə qulaq asdım və ondakı mehribançılığı hiss
eləyəndə necə yüngülləşdiyimi heç vaxt unutmayacağam.
– Ah, sizsiniz... – dedi, – bəs niyə danışmırsınız?
– Qorxurdum, – dedim.
O susdu, mən isə yuxarıdan qatarların taqqıltısını, dik‐
torun səsini eşitdim və qapının ağzında bir qadın kölgəsi