Page 48 - heynrix
P. 48
HAYNRİX BÖLL

toplaşmaq sevimli bir adətə çevrilmişdi. Onlar mehmanxa‐
nalardakı bütün otaqları tutur, qiymətləri qaldırır, xərclik üçün
aldıqları pulları sağa‐sola səpirdilər. İndi əczaçılar burada idi,
özü də, deyəsən, lap çox gəlmişdilər.

Hər yanda qabağıma çıxırdılar: hamısı da düymə yerinə
ittifaqlarının nişanı olan qırmızımtıl bayraqcıqlar taxmışdılar.
Deyəsən, havaların tez soyuması onlara təsir etməmişdi, av‐
tobuslarda, tramvaylarda kef‐damaqla öz işlərindən danışır,
komitə iclaslarına, idarə heyəti seçkilərinə tələsirdilər və sanki
ortabab qiymətlərə olan mehmanxanaları ən azı bir həftəliyə
heç kimə verməməyi qərara almışdılar. Doğrudan da, lap çox
əczaçı gəlmiş, əksəriyyəti həftəsonuna arvadını da gətirtmişdi,
bu səbəbdən ikiadamlıq otaq tapmaq çox çətin idi. İttifaqın
sərgisi də keçirilirdi və reklamlar hamını gigiyena vasitələrinin
bu qeyri‐adi tamaşasına dəvət edirdi. Şəhərin mərkəzində
hərdən gözümə təntənəli yürüş iştirakçılarının toplaşdığı yerə
tələsən dindarlar da dəyirdi. Keşiş əllərində qızıl suyuna
48 çəkilmiş köhnə dəbli lampalar tutan qırmızı geyimli oğlanların
– kilsə xoru üzvlərinin, eləcə də bayram libası geyinmiş
kişilərin, qadınların arasında gedirdi.

Diş məcunu istehsal edən firma bir hava gəmisi kirayələ‐
mişdi, o da içində məcun olan balaca bağlamaları paraşütlə
şəhərə tökürdü. Çayın sahilində isə böyük bir “top” üstünə
rəqib firmanın adı yazılmış hava şarlarını səmaya atırdı. Deyi‐
lənə görə, qeyri‐adi əyləncə olacaqdı, hətta şayiə gəzirdi ki,
kilsə hansısa kauçuk fabrikinin gülünc reklamlarını boykot
edəcək.

Saat onda Serjin yanına yollananda hələ otaq tapmamış‐
dım və beynimdə hələ də solğun bənizli sahibələrin verdiyi
cavablar, yuxulu mehmanxana qapıçılarının donqultuları
dolaşırdı. Hava gəmisi qəflətən yoxa çıxdı, sahildəki topun gu‐
rultusu da kəsildi və mən şəhərin cənub tərəfindən gələn kilsə
nəğmələrini eşidəndə bildim ki, təntənəli yürüş başlayıb.

Serjin qulluqçusu məni onun iş otağına apardı. Oturmağa
macal tapmamış, Serj yataq otağının qapısında göründü. O
dəqiqə gördüm ki, əlində pul var. Bir əlində yaşıl və mavi
   43   44   45   46   47   48   49   50   51   52   53