Page 43 - heynrix
P. 43
İ ROMAN

da, iradəmi sındırır, gücümü əlimdən alır, krandan vedrəyə ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
süzülən dupduru suyun yaratdığı həvəsi öldürür.
43
Yenə boş tənəkə vedrəni yavaş‐yavaş tökülən suyun
altına qoyuram, yenə gözlərim güzgünün dərinliklərindəki
südrəngli heçliyə zillənir və orada uşaqlarımın taxtabitilərin
köpəş‐köpəş elədiyi bədənlərini görürəm. Görürəm ki,
üstlərinə bit‐birə daraşıb. Müharibə başlayan kimi həşəratların
sürü‐sürü artması, azğınlaşması yadıma düşəndə iyrənirəm.
Müharibə başlayan kimi milyardlarla bit‐birə, taxtabiti,
ağcaqanad kiminsə lal əmri ilə hərəkətə gəlir...

Ah, mən bunların hamısını bilirəm və heç vaxt da
unutmayacağam. Bilirəm ki, uşaqlarımı bitlər öldürdü, səhiyyə
nazirinin əmioğlusunun fabrikindəkilər bizə heç bir təsiri ol‐
mayan dərmanlar satdı, yaxşılarını isə özlərinə saxladılar. Ah,
mən bunları bilirəm və heç vaxt da unutmayacağam, çünki
güzgünün dərinliklərində qızdırmadan sayıqlayan, qışqıran
körpə balalarımın bit‐birədən eybəcər hala düşmüş, təsirsiz
iynə‐dərmandan şişmiş bədənlərini görürəm. Kranı bağ‐
layıram, ancaq vedrəyə əl vurmuram, çünki bu gün bazardır,
mən də müharibənin sayəsində zibilə qarşı başladığım
mübarizəni dayandırıb, bir az dincəlmək istəyirəm.

İndi isə Fredin sifətini görürəm: yaman tez qocalır, həyat
onun axırına çıxır... O həyat ki, mənim məhəbbətimsiz mə‐
nasını tamam itirərdi, bəlkə də, heç olmazdı... Başqa kişilərin
ciddi qəbul etdiyi hər şeyə çox tez biganələşmiş bir kişi sifəti...
Onu tez‐tez görürəm... Çox tez‐tez görürəm... Bizimlə qal‐
mayandan bəri daha tez‐tez görürəm...

Güzgüdə gülümsəyir və təəccüblə öz təbəssümümə
baxıram. İndiyəcən ondan xəbərim olmayıb... Getdikcə boğuq‐
laşan şırıltı səsi eşidirəm, ancaq baxışlarımı güzgünün dərin‐
liklərindən ayıra, onu öz adi, təbəssüm tanımayan sifətimə
tərəf döndərə bilmirəm.

Orada – dərinliklərdə çoxlu qadın görürəm: rəngi saral‐
mış qadınlar mahnı oxuya‐oxuya lal axan çayda paltar yu‐
yurlar... Qaradərili qadınlar yumşaq torpağı qazırlar... Arxa
planda isə tənbəl kişilərin döyəclədiyi təbillərin, mənasız da
   38   39   40   41   42   43   44   45   46   47   48