Page 38 - heynrix
P. 38
HAYNRİX BÖLL
– Ancaq elədir, – dedim.
Sonra bayırdan tənəkə qutulardakı boş şüşələrin səsi
eşidildi, südsatan içəri girdi, dolu şüşələri yerə qoydu, qız
sakitcə dümağ barmaqları ilə onları saydı: süd, kakao, yoqurt,
qaymaq. İçəri isti idi, oğlan hələ də oturub şirnisi qurtarmış
çubuğu sorur, hərdən də qəribə səslər çıxarırdı. Ağzından
qırıq‐qırıq çıxan hər söz “s” ilə başlayır, bu da sanki bir ahəng
yaradırdı: sa...su... so... Pəltəkliyində də nəsə qeyri‐adi, gizli
bir ritm vardı və qız dönüb ona tərəf baxanda irişirdi.
Parkda işləyən çilingərlər içəri doluşdular, gözlərindəki
qoruyucu eynəkləri çıxardılar, küləş çöpləri ilə şüşələrdən süd
içdilər və mən gördüm ki, hamısının əynindəki iş paltarının
üstünə şəhərin gerbi yapışdırılıb. Bayırda həyat canlanırdı, dal‐
badal parkdan çıxan tramvayların arası kəsilmişdi və indi
vaxtaşırı buradan keçən çirkli tramvayların xırçıltısı eşidilirdi.
Arvadım Kete barədə düşünməyə başladım: axşam
onunla görüşməli idim. Ancaq bundan əvvəl pul tapmalı idim,
38 otaq tutmalıydım. Pul müşkül məsələ idi, ürəyimdən keçirdi
ki, kaş həmin pulu verən adam tez tapılaydı, özü də elə o
dəqiqə verəydi. Ancaq bizimki kimi – üç yüz min əhalisi olan
bir şəhərdə eləsini tapmaq çətindir ki, istəyən kimi sənə pul
versin. Çəkinmədən pul istəyə biləcəyim bir neçəsini tanı‐
yırdım, indi də elə onların yanına getmək istəyirdim. Eyni za‐
manda otellərə də baş vurardım, bəlkə, boş otaq tapılardı.
Qəhvəni içib qurtarmışdım. Saat, bəlkə də, yeddi olardı.
Dükanı siqaret tüstüsü bürümüşdü. Bu arada yorğun, üzü
tüklü şikəst bir kişi gülümsəyə‐gülümsəyə, taytıya‐taytıya içəri
girmişdi və indi sobanın qabağında oturub qəhvə içir, qəzetə
büküb gətirdiyi pendir‐çörəyi ağıldankəm oğlana yedirirdi.
Qız əlində silgəc sakitcə kimdənsə pul alır, xırda qaytarır,
qəhvəbişirəni işə salır, söndürür, isti su ilə yuduğu şüşələri
silirdi. Adama elə gəlirdi ki, bütün bu işləri çox asanlıqla görür,
heç bir çətinlik çəkmir, halbuki hərdən piştaxtanın önündəki
səbirsiz müştərilərin sayı lap çoxalırdı. Kiməsə isti süd, kiməsə
isti və ya soyuq kakao süzür, qəhvəbişirən maşından çıxan buğ
onun üzünə vurur, taxta çəngəllə şüşədəki bulanıq sudan xiyar