Page 35 - heynrix
P. 35
İ ROMAN
Ananın yeddi dərdi” idi, bu keşişin tərcümeyi‐halına da lap ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
yaxşı bələd idim. Göstəriciləri yüksək deyildi, moizələri heç
kəsin xoşuna gəlmirdi, səsində pafos azdı, özü də xırıltılı idi. 35
Müharibədə heç bir igidlik göstərməmişdi, nə qəhrəman
olmuşdu, nə müqavimət hərəkatının üzvü... Sinəsini orden‐
medal bəzəmirdi, əzabkeş də sayılmırdı, hətta sənədlərində
axşam yoxlamalarına gecikdiyi üçün nizam‐intizam cəzası
aldığı da qeyd olunmuşdu. Lakin bütün bunların hamısı bir
qadınla qəribə münasibətinin yanında heç nə idi. Düzdür, son‐
ralar bilinmişdi ki, bu məhəbbət platonik imiş, ancaq bununla
belə, “mənəvi zərifliyin” həddi idarədəkilərin xoşuna gəlmə‐
mişdi. O, “Məryəm Ananın yeddi dərdi” kilsəsinin elə
keşişlərindən idi ki, prelatın dediyi kimi, onlara ya “müsbət
iki”, ya da “mənfi üç” vermək olardı. Keşiş pərt olduğunu elə
aydın büruzə verdi ki, özüm də pərt oldum. İkinci siqareti
yandırdım, təzədən “sabahınız xeyir” dedim və o adi sifətə
baxmaq istəmədim. Qara mantiyada günahsız, inamlı görünən
bu din xadimlərinin üzlərindəki o məsum inamsızlığı görəndə
qəribə hiss keçirirəm: onlara həm acığım tutur, həm də
yazığım gəlir. Uşaqlarımla da belə olur....
Keşiş əsəbi halda əlindəki ikimarklıqla piştaxtanın
üstündəki şüşəni cingildədirdi. Qapı açılıb qız içəri girəndə
boğazından tutmuş yanaqlarına qədər qızardı:
– Ah, – deyə tələsik dilləndi, – siqaret almağa gəlmişdim.
Qısa barmaqlarının kotletin yanından sivişərək siqaret‐
lərə necə çatdığını, onlardan bir qutu götürdüyünü, pulu piş‐
taxtanın üstünə atdığını, sonra da güclə eşidiləcək bir tərzdə
“salamat qalın” deyərək tələsə‐tələsə dükandan çıxdığını diq‐
qətlə müşahidə etdim.
Qız onun arxasınca baxaraq əlində gətirdiyi səbəti yerə
qoydu. Mən səbətin içindəki təptəzə, sapsarı kökələri görəndə
ağzımın sulandığını hiss etdim. Bu ilıq suyu selik qarışıq təzə‐
dən geri uddum, siqareti söndürdüm, oturmağa yer axtardım.
Tənəkə sobadan içəri kömür tüstüsünə qarışmış güclü bir is‐
tilik yayılanda hiss etdim ki, ürəyim azacıq bulanır, mədəm
qıcqırır.