Page 30 - heynrix
P. 30
HAYNRİX BÖLL
işləyənlərin hamısı burada dincəlir: hamballar, saxlama
kamerasının işçiləri, liftçilər... Arakəsmə qızdırıcıdan xeyli
aralıdadır, mən asanca onun yanına keçə bilirəm. İçəridə geniş,
qaranlıq, isti bir yer var, orada uzananda əməlli‐başlı dincə‐
lirəm, ürəyim sakitləşir, araq damarlarıma yayılır, stansiyaya
girib‐çıxan qatarların boğuq uğultusu, yükdaşıyan əl ara‐
balarının taqqıltısı, liftlərin cırıltısı eşidilir, sonra da səslər
qaranlıqlarda yavaş‐yavaş əriyib itir, tezliklə yuxu məni aparır.
Hərdən ağlayıram da... Kete, uşaqlar yadıma düşəndə ağla‐
yıram, ancaq özüm də bilirəm ki, içki düşkününün göz yaşı
axıtması mənasızdır, ağlamaq sayılmır. Onda qəribə bir hiss
keçirirəm: yox, buna vicdan əzabı deməzdim, sadəcə olaraq,
ağrıdır. Müharibədən əvvəl də içirdim, ancaq, deyəsən, bu un‐
udulub getmişdi, çünki hamı indiki vəziyyətimə müəyyən
qədər anlaşıqlı yanaşır və deyir: “Neyləsin, cəbhədə olub...”
Kafelərdən birinin vitrini qarşısında üst‐başımı bacar‐
dığım qədər təmizlədim və keqli şarına bənzəyən balaca zərif
30 vücudum şüşədə o tərəfə, bu tərəfə əyilir, oradakı üstü qay‐
maqlı tortlar, şokoladlı pirojnalar da sanki ətrafımda oyna‐
şırdılar. Beləliklə, özümü onların arasında gördüm: balaca bir
kişi pirojnaların arasında ora‐bura vurnuxur, saçlarını düzəldir,
şalvarını yuxarı dartır.
Yavaş‐yavaş siqaret, gül və manekenlərin vitrinlərdən
saxta bir nikbinliklə gözlərini adama dikdiyi parça mağazasının
qabağından ötüb‐keçdim. Gördüm ki, sağa bir küçə ayrılır. Ba‐
laca taxta dükanlardan ibarət küçə. Tində iri, ağ bir reklam
asılmışdı: “Xoş gəlmisiniz, əczaçılar!”
Dükanlar xarabalıqlarda, fasadları uçub dağılmış, yanmış
evlərin arasında quraşdırılmışdı, hamısı da parça dükanları,
siqaret, qəzet köşkləri idi. Axırda bir qəlyanaltıya gəlib çıxdım,
ancaq o da bağlı idi. Mənasız yerə qapının dəstəyini bir‐iki dəfə
burandan sonra geri döndüm, nəhayət, işıq gələn bir yer
gördüm. Çatanda gördüm ki, kilsədir. Qotik üslubundakı iri
pəncərəsi yararsız hala düşdüyü üçün kələ‐kötür daşlarla
hörülmüşdü və bu yöndəmsiz yamağın ortasına da sarımtıl
rəngli balaca dördgöz nəfəslik yapışdırılmışdı – yəqin, hansısa