Page 26 - heynrix
P. 26
HAYNRİX BÖLL

otağından eşitdiyim, bahalı siqaretlər çəkən, rəhbəri olduğu
komissiyaların, birliklərin qadınları ilə şit zarafatlar eləyən o
şikəst, qudurğan kişiyə baxmağa qorxuram. İclaslarına mane
olmamaq üçün uşaqları səs salmağa qoymayanda qonşu
otaqda qadınlar ucadan gülür. Ancaq çoxdandır ki, bunun
başını buraxmışam, uşaqlara oynamağa icazə verirəm və
dəhşət içində görürəm ki, onlar daha səs salmaq iqtidarında
deyillər. Bəzən səhərlər – balaca yatanda, böyüklər isə
məktəbə gedəndə nəsə almaq üçün evdən çıxarkən özümü
tələsik kilsələrdən birinə salıram. Elə vaxt gedirəm ki, ibadət
olmur və onda Allahın varlığından süzülən əbədi dincliyi bütün
varlığımla duyuram.

Hərdən frau Frankenin istək damarı tutur və bu, məni
onun nifrətindən də çox qorxudur. Milad bayramında içəri
girib bizi qonaq otağında təşkil etdiyi kiçik şənliyə dəvət etdi.
Bir də onu gördüm ki, dəhlizdəyik və sanki böyük bir güzgünün
dərinliyinə tərəf gedirik: qabaqda Klemenslə Karla gedir, sonra
26 da Fred... Mən isə qucağımda körpə lap axırda gedirəm. Elə
bil güzgünün dərinliyində idik və gördüm ki, yaman kasıbıq...

Otuz ildən bəri dəyişməyən qonaq otağında özümə çox
yad göründüm, sanki başqa bir aləmə düşmüşdüm, öz
yerimdə deyildim: bizlər belə mebelə, belə şəkillərə
yaraşmırdıq, üstünə bahalı süfrə salınmış stolun arxasında
oturmağa layiq deyildik. Müharibədən əvvəlki dövrlərdən
qalmış oyuncaqları yolkanın üstündə görəndə qorxudan
ürəyim dayandı: sayrışan mavi, qızılı rəngli şarlar, şüşədən
düzəldilmiş balaca mələklərin saçları, gözləri... sabundan
yonulmuş körpə İsa çəhrayı rəngli beşiyində... Gipsdən
tökülmüş “İnsanlara sülh” sözlərinin altında şirin‐şirin
gülümsəyən Məryəm ilə Yozefin gözqamaşdıran şəkilləri...
Qulluqçu qadın bu mebelin üstündə hər həftə səkkiz saat qan‐
tər axıdır, hər saatına əllicə pfenniq alır, özü də “Analar Bir‐
liyi”nin üzvüdür... Bu ifrat təmizlik məni yaman qorxudur.
Cənab Franke bir küncdə oturub qəlyan çəkir. Kişinin sümüklü
vücudu getdikcə ətlənməyə başlayır və mən tez‐tez onun
   21   22   23   24   25   26   27   28   29   30   31