Page 22 - heynrix
P. 22
HAYNRİX BÖLL

növbə gözləyənlərin qapıya necə yaxınlaşdığına baxdım.
Keşişlərdən biri nə qədər adamın qaldığını bilmək üçün
hücrənin qapısını açıb ətrafa boylananda qızdırıcının közərmiş
məftillərini gördüm. Çox adamın gözlədiyini görəndə üzünə
məyusluq çökdü – az qala, bir düjün adam vardı – qayıdıb
hücrəyə girdi. Mən onun qızdırıcını necə söndürdüyünü
eşitdim, içəridən yenə həzin səslər gəlməyə başladı.

Günorta gördüyüm bütün adamların, əmanət kassasında
mənə yapışqan vermiş qızdan başlayaraq, hamının sifətini
gözlərim önünə gətirdim: kolbasa köşkündəki qadının
qırmızımtıl sifətini, açılmış ağzımla bərabər öz sifətimi, kolba‐
sanın orada necə yoxa çıxmasını, başımdakı günlüksüz
papağı... Vaqnerin sifətini, Baysemgildəki qulluqçu qızın yön‐
dəmsiz mehriban sifətini, kəsrlər haqqındakı qaydaları sifətinə
“döşədiyim” Alfons Baysemi, sirkə qoxusu verən mətbəxdəki
qızı... Bu qızın atasının öldüyü çirkli, paslanmış traktorlarla
dolu Vinitsa vağzalını, anasının arıq sifətini, sarımtıl iri göz‐
22 lərini, Bükleri, məktəb yoldaşımı, meyxanadakı avtomatın
qarşısında oturmuş kişinin qırmızı sifətini gördüm... Üşüdü‐
yüm üçün ayağa durdum, girişdəki xaç suyundan üzümə çilə‐
yib xaç çəkdim, Bönenştrasse ilə getməyə başladım, Betsnerin
meyxanasına girib avtomatların yanındakı balaca stolun arxa‐
sında oturanda bildim ki, günortadan bəri, zərfdən onmarklığı
götürən andan yalnız Betsnerin bu balaca meyxanasına gəl‐
mək barədə düşünmüşəm. Papağımı asılqana keçirib, piş‐
taxtaya tərəf dedim:

– Bir qədəh araq!
Sonra paltomun yaxasını açdım, pencəyimin ciblərində
qəpik pul axtardım, onlardan birini avtomatın yarığına salıb
düyməni basdım, gümüşü şarlar kanala töküldü, Betsnerin
gətirdiyi arağı sağ əlimə aldım, şarlardan birini balaca mey‐
dançaya yönləndirdim, maneələrə toxunduqca çıxardığı
səslərə qulaq asdım. Cibimin dibini axtaranda unutduğum
beşmarklığı tapdım: məni əvəz eləyən həmkarımdan borc
almışdım...
   17   18   19   20   21   22   23   24   25   26   27