Page 20 - heynrix
P. 20
HAYNRİX BÖLL

vardı və mənə elə gəldi ki, həmin anda siqareti həmişəkindən
bərk sümürdü.

– Gərək məni bağışlayasınız, – dedim, – özün bilirsən ki...
– Bilirəm, – Bükler dedi, – üzr istəmək də lazım deyil, belə
iş hamının başına gələ bilər...
– Elə isə sizə mane olmayım, – deyib ayağa durdum.
– Sən bizə mane olmursan, – Büklerin birdən‐birə can‐
lanan səsindən hiss etdim ki, ciddi sözüdür. Dora da ayağa
qalxıb çiyinlərimdən yapışaraq aşağı dartdı; gözlərindən
gördüm ki, doğrudan da, çıxıb gedəcəyimdən qorxur. Qəflətən
hiss etdim ki, onlar, həqiqətən də, mənim gəlişimə seviniblər.
Dora siqareti mənə uzatdı, təzədən çay süzdü və mən təzədən
oturub, papağımı da stulun üstünə atdım. Ancaq susmağa
davam edir, hərdən bir‐iki kəlmə kəsirdik. Hər dəfə gözüm Do‐
raya sataşanda sifətindəki donuqluq təbəssümün içində əriyib
yoxa çıxırdı. Bunu yalandan eləmirdi, çünki, doğrudan da,
ayağa durub papağımı götürəndə bildim ki, bir‐biri ilə tək
20 qalmaqdan qorxurlar; kitablardan, siqaretdən, çaydan, axşam‐
dan, sonu görünməyən sıxıntıdan qorxurlar, çünki ailə həya‐
tının cansıxıcılığından həmişə çəkinmişdilər.
Yarım saatdan sonra şəhərin bir başqa tərəfində – keçmiş
məktəb yoldaşımın qapısının ağzındaydım. Zəngi basdım. Bir
ildən çox idi ki, onu görmürdüm, balaca şüşəli qapının arxa‐
sındakı pərdə geri çəkiləndə onun ağarmış ətli sifətində çaş‐
qınlıq gördüm. Qapını açdı, bu arada vaxt tapıb üzünün
ifadəsini də dəyişdi. Biz dəhlizə girəndə qapılardan birindən
buğ çıxır, uşaq səsləri gəlirdi. Hamam otağından arvadının cin‐
giltili səsi eşidildi:
– Kim idi?
Yarım saatacan kamfora iyi gələn, yaşılı rəngə çalan me‐
bellə bəzədilmiş otağında oturduq, oradan‐buradan danışdıq,
siqaret çəkdik. Məktəb illərindən danışanda sifəti bir az işıq‐
landı, ancaq mən darıxmağa başladım, ağzımdan çıxan tüstü
verdiyim suala qarışıb onun üzünə vurdu:
– Mənə borc verə bilərsən?
   15   16   17   18   19   20   21   22   23   24   25