Page 16 - heynrix
P. 16
HAYNRİX BÖLL
– Aman Allah, deyəsən, iliyinizə qədər islanıbsınız...
Başımı tərpədərək güzgüyə tərəf getdim, hər iki əlimi
saçlarıma çəkdim.
– Frau Baysem evdədir? – soruşdum.
– Xeyr.
– Görəsən, sabah ayın biri olduğu yadındadır?
– Xeyr. – Qız məni qonaq otağına ötürdü, masanı sobaya
yaxın çəkdi, stul gətirdi, ancaq mən oturmadım, kürəyimi
sobaya söykəyib dayandım, yüz əlli idən bəri Baysemlər ailə‐
sinə vaxtı göstərən saata baxdım. Otaq qədimi mebellərlə
doludur, pəncərənin şüşələri də orijinal qotik üslubundadır...
Qız əlində qəhvə içəri girdi, balaca Baysemin çiyinbağın‐
dan darta‐darta onu da özü ilə gətirdi. Ona kəsrləri öyrətməli
idim. Oğlan sağlamdır, yanaqları qıpqırmızıdır, bağda şaba‐
lıdlarla oynamağı xoşlayır: onları həvəslə toplayır, hətta baş‐
sız qalmış həyətlərdən də yığıb gətirir. Son həftələr pəncərə
açıq olanda ipə düzülmüş şabalıdlarla ağacların bir‐birinə bağ‐
16 landığını görürəm.
Fincanı əllərimin arasına alıb istini içimə çəkdim, kəsrlər
haqqındakı qaydaları yavaş‐yavaş o sağlam sifətə “döşəməyə”
başladım və bildim ki, bunun heç bir mənası yoxdur. Uşaq
yaxşı uşaqdır, ancaq səfehdir. Eynən valideynləri, qardaş‐
bacıları kimi. Bu evdə bircə nəfər ağıllı adam varsa, o da qul‐
luqçu qızdır.
Cənab Baysem köhnə‐köşkül alveri ilə məşğul olur, meh‐
riban adamdır. Onunla rastlaşanda, bir‐iki dəqiqə söhbət
edəndə içimi ağlasığmaz bir hiss bürüyür: sanki mənim sənə‐
timə qibtə eləyir. Deyəsən, ömrü boyu ondan gözlənilən uğuru
qazana bilmədiyi üçün əzab çəkir: ağıl qədər də sərtlik tələb
edən firma rəhbərliyi... Bunların heç biri onda yoxdur və biz
rastlaşanda sənətimin bütün xırdalıqları ilə bitdə‐bitdə ma‐
raqlanır. Hiss etməyə başlayıram ki, məndən fərqli olaraq,
bütün ömrü boyu o balaca telefon kabinəsində oturmağa
razıdır. Qapaqlı kommutatorla necə davrandığımı, danışanları
necə birləşdirdiyimi bilmək istəyir, bizim peşədə işlədilən jar‐
qonlarla maraqlanır və təsəvvür edəndə ki, mən bütün danı‐