Page 18 - heynrix
P. 18
HAYNRİX BÖLL

Qız paltomu və papağımı mətbəxdə qurutmuşdu; paltomu
geyinməyə kömək edəndə gülümsədi. Küçəyə çıxanda qızın
yöndəmsiz mehriban sifətini bir də xatırladım, fikirləşdim ki,
gərək ondan pul istəyəydim, bircə anlığa tərəddüd etdim,
ancaq hələ də yağdığı üçün paltomun yaxalığını qaldırıb,
“Məryəm ananın yeddi dərdi” kilsəsinin qarşısındakı avtobus
dayanacağına tərəf qaçdım.

On dəqiqədən sonra şəhərin cənub tərəfində sirkə
qoxusu verən bir mətbəxdə oturmuşdum. Solğun bənizli, iri
gözləri sarımtıl rəngə çalan bir qız uşağı latın dilində öyrəndiyi
sözləri əzbərdən deyirdi. Birdən qonşu otağın qapısı açıldı,
arıq, iri gözləri sarımtıl rəngə çalan bir qadın göründü.

– Yaxşı öyrən, qızım, – dedi, – özün bilirsən ki, səni oxut‐
maq mənim üçün necə çətindir... Hər dərs puldur...

Qız da çalışırdı, mən də çalışırdım, bütün vaxtı latın söz‐
lərini, cümlələrini, cümlə qurmağın qaydalarını təkrarlayırdıq
və bilirdim ki, bunun xeyri yoxdur. Saat dördə on dəqiqə işlə‐
18 yəndə qadın qonşu otaqdan gəldi, özü ilə də yaxşıca sirkə
qoxusu gətirdi, uşağın başını tumarlayıb soruşdu:

– Necə bilirsiniz, çatdıracaq? Axırıncı yazı işindən üç aldı.
Sabah da yazacaqlar...

Paltomun düymələrini bağlayıb, papağımı cibimdən
çıxardım.

– Yəqin çatdırar, – dedim və əlimi qızın cod, sarışın saçla‐
rına çəkdim.

– Çatdırmalıdır... Tək uşaqdır... Ərim Vinitsada öldü...
Paslı traktorlarla dolu çirkli Vinitsa vağzalı bir anlığa göz‐
lərim önündə canlandı və qadına baxdım. O, axır ki, cürətlənib
çoxdan demək istədiyi sözləri dilə gətirdi:
– Sizdən bir xahişim var: pulu bir az gözləyə bilərsiniz?
Məsələn...
Sözünü axıra çatdırmağa qoymadım, “olar” dedim.
Qızcığaz üzümə baxıb gülümsədi.
Bayıra çıxanda yağış kəsib, gün çıxmışdı, ağacların iri
yarpaqları bir‐bir yaş asfaltın üstünə tökülürdü. İstəsəm, evə
– bir aydır yanlarında yaşadığım Blokgilə gedərdim, ancaq
   13   14   15   16   17   18   19   20   21   22   23