Page 13 - heynrix
P. 13
İ ROMAN

ağzında dayanıb on iki nömrəli tramvayın tinə çatmasını ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
gözlədim, yaxınlaşanda tullanıb mindim, Tukhofplatsa kimi
getdim. İçəridə adam çox idi, hamısının da üst‐başından nəm 13
iyi gəlirdi. Pul verməyib tramvaydan düşəndə yağış daha da
güclənmişdi. Qaça‐qaça sosis satılan köşklərdən birinin gün‐
lüyünün altına girdim, piştaxtaya söykənib kolbasa qızartması,
bir fincan bulyon sifariş verdim, on dənə də siqaret götürüb
onmarklığı xırdalatdım. Kolbasadan dişləyəndə, demək olar
ki, köşkün bütün arxa tərəfini tutmuş güzgüdə əksimi gördüm.
Əvvəlcə özümü tanımadım, hay‐hayı gedib, vay‐vayı qalmış
günlüksüz papağın altındakı arıq, bomboz sifəti görəndə mənə
elə gəldi ki, anamın heç vaxt qapıdan əliboş qaytarmadığı
çərçilərdən heç nə ilə seçilmirəm. Uşaq vaxtı hərdən qapını
onlara mən açırdım və alaqaranlıq dəhlizdə o kişilərin sifətində
dəhşətli bir ümidsizlik görürdüm. Gözlərimi asılqandan ayır‐
madan, qorxa‐qorxa anamı çağıranda, o da əlini önlüyünə silə‐
silə mətbəxdən çıxanda camaşır tozu, mastika, ülgüc, qaytan
satan həmin adamların ümidsiz sifətlərində qəribə, səksəkəli
bir parıltı səyriyirdi. Hətta anamı görərkən bu bomboz
sifətlərdə yaranan sevincin özü də dəhşətli görünürdü. Anam
yaxşı arvad idi, heç kəsi qapıdan əliboş qaytarmazdı, dilən‐
çilərə çörək, pul verərdi, bunlar olmayanda bir fincan qəhvəyə
qonaq edər, evimizdə heç nə tapılmayanda isə tərtəmiz qabda
su gətirərdi... Və bir də göz dolusu təsəlli... Qapı zənginin yan‐
yörəsi dilənçilərin gizli işarələri, avara‐sərgərdanların “yadi‐
gar” cızıqları ilə dolu olardı və kimsə nəsə satmağa gələndə
evdə qəpik‐quruş qalmış olsa belə, ən azı qaytan sata bilirdi.
Anam müxtəlif agentliklərdən gələnlərə də “səxavətini”
əsirgəmir, yazıq görkəmlərinə tab gətirməyib onların alış‐veriş
və ya sifariş qəbzlərinə, sığorta müqavilələrinə qol çəkirdi.
Yadıma gəlir ki, mən hələ lap uşaq olanda axşamlar yatarkən
atam evə gəlib yemək otağına keçən kimi anamla mübahisə‐
ləri başlayırdı. Bu qəribə mübahisədə anam, demək olar ki,
susurdu. O, sakit qadın idi. Bizə gələn kişilərdən birinin başın‐
da mənimki kimi hay‐hayı gedib, vay‐vayı qalmış günlüksüz
   8   9   10   11   12   13   14   15   16   17   18