Page 17 - heynrix
P. 17
İ ROMAN

şıqlara qulaq asa bilərəm, lap uşaq kimi sevinib elə hey tək‐ ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
rarlayır:
17
– Maraqlıdır! Çox maraqlıdır!
Saatın əqrəbləri yavaş‐yavaş irəliləyirdi. Qaydaları uşağa
təkrar etdirdim, tapşırıqlar verdim və siqaret çəkə‐çəkə onları
həll edib qurtarmasını gözlədim. Bayırda sakitlik idi. Şəhərin
mərkəzində balaca, kimsəsiz bir kənd sükutu hökm sürür: elə
bil mal‐qara otlamağa gedib, yalnız bir neçə xəstə qarı qalıb...
– Kəsri kəsrə bölmək üçün birincinin surətini ikincinin.
..
Uşağın baxışları qəflətən üzümə ilişib qaldı və dedi:
– Klemens latın dilindən dörd aldı...
Bilmirəm, necə diksindiyimi gördü, ya yox! Bu sözdən
sonra oğlumun sifəti gözlərim önündə canlandı, on üç yaşlı
oğlanın solğun bənizi üstümə yeridi və yadıma düşdü ki, o, Al‐
fonsla bir partada oturur.
– Çox gözəl... – güclə dilləndim, – bəs sən?
– İki, – dedi və onun səksəkəli baxışları üzümdə gəzdi,
sanki nəsə axtardı. Qızardığımı hiss etdim, eyni zamanda da
hər şeyə biganələşdim, çünki indi hamısı üstümə yeriyirdi:
arvadımın, uşaqlarımın sifətləri... Sifətlər çox böyük idi, sanki
ekranda görünürdülər. Gözlərimi yumub mızıldadım:
– Sən öz işində ol... Kəsrlər necə vurulur?
Qaydanı yavaşdan deyib üzümə baxdı, ancaq ona qulaq
asmırdım. Gözlərim önündə məktəb çantasının yığılması ilə
başlayaraq, haradasa, bir idarənin kreslosunda sona çatan, elə
hey təkrarlanan dəhşətli bir həyat yolu canlandı. Səhərlər
çantamı çiynimə atıb məktəbə gedəndə anam arxamca
baxardı... İndi də Kete – arvadım səhərlər çantaları çiyinlərində
məktəbə gedən uşaqlarımızın arxasınca baxır...
Kəsrlərin hesablanması qaydalarını bir də uşağın sifətinə
“döşədim”, sifətdən bəzilərinin cavabı özümə qayıtdı, yavaş‐
yavaş da olsa, vaxt keçib‐getdi və mən iki mark yarım qazan‐
dım. Sonra oğlana növbəti dərs üçün ev tapşırıqlarını
yazdırdım, qəhvənin sonuncu qurtumunu içib, dəhlizə çıxdım.
   12   13   14   15   16   17   18   19   20   21   22