Page 19 - heynrix
P. 19
İ ROMAN

yenə dinc dayanmıram, elə işlərin altına girirəm ki, alınma‐ ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
yacağını özüm də bilirəm. Vaqnerdən, Baysemin qulluqçusun‐
dan, sirkə qoxulu qadından pul istəyə bilərdim və yəqin ki, bir 19
az verərdilər, ancaq tramvay dayanacağına üz tutdum, “on bir
nömrə”yə mindim, üst‐başlarından nəm iyi gələn adamların
arasında ləngərlənə‐ləngərlənə Nakenhayma qədər getdim və
hiss etdim ki, günorta kolbasanı isti‐isti yediyim üçün ürəyim
bulanır. Nakenhaymda kolları, ağacları baxımsız qalmış bir
bağdan keçib, Büklerin villasına çatdım, zəngi basıb gözlədim.
Büklerin rəfiqəsi məni qonaq otağına ötürdü. İçəri girəndə
Bükler qəzetin ucundan bir parça qoparıb əlindəki kitabın
arasına qoydu, kitabı örtüb, soyuq təbəssümlə mənə baxdı.
Əməlli‐başlı qocalıb, neçə illərdir Dora ilə yaşayır, dostluqları
nikahlı ailə həyatından da cansıxıcı olub. Bir‐birinə elə
amansızlıqla göz qoyurlar ki, üz‐gözlərindən qəddarlıq yağır,
bir‐birinə “əzizim”, “quzum” deyirlər, ancaq pul üstündə
mübahisə edirlər, bir‐birindən də ayrıla bilmirlər.

İçəri qayıdan Dora da qəzetin ucundan bir az qoparıb
oxuduğu kitabın arasına qoydu, mənə çay süzdü. Stolun üstün‐
də şokolad, bir qutu siqaret, bir qəhvədan da çay vardı. Bükler
dilləndi:

– Səni yenidən gördüyümə çox şadam. Siqaret istəyirsən?
– Bəli, təşəkkür edirəm, – dedim.
Siqaret çəkə‐çəkə susurduq. Dora arxa tərəfimdə otur‐
muşdu, hər dəfə ona baxmaq üçün çevriləndə sifətində həmin
dəqiqə təbəssümə çevrilən bir donuqluq görürdüm. Onlar su‐
sur, mən də dinmirdim. Siqareti söndürüb, qəflətən sükutu
pozdum:
– Mənə pul lazımdır... Bəlkə...
Bükler gülə‐gülə sözümü kəsib dedi:
– Bu, o deməkdir ki, bizə çoxdan lazım olan şey sənə də
lazımdır. Özün bilirsən ki, sənə məmnuniyyətlə kömək edər‐
dim, ancaq pul...
Doraya baxdım, onun sifətindəki donuqluq təbəssümün
içində əriyib yox oldu. Dodaqlarının qırağında dərin bir qırış
   14   15   16   17   18   19   20   21   22   23   24