Page 24 - heynrix
P. 24
HAYNRİX BÖLL
bizdən aşağıda yaşayan Zelbştaynlar ikihəftəlik məzuniyyətə
çıxıblar, böyrümüzdəki otağı kirayələmiş Hopflarla bizi nazik
divar ayırır, onlardan icazə almaq lazım deyil. Deməli, uşaqlar
dəhlizdə oynaya bilərlər və belə imkanı əldən vermək olmaz.
– Pulu atam göndərib?
– Hə, – dedim.
– O hələ də xəstədir?
– Elədir, – dedim. – Bu gün dəhlizdə oynaya bilərsiniz.
Ancaq heç nəyi sındırmayın, divar kağızına fikir verin...
Onların necə sevindiyini görməyin özü ayrı aləmdir, həm
də şənbəyə saxladığım işlərimi rahat görə biləcəyəm.
Frau Franke hazırladığı şorabaları üç yüzdən çox şüşə
qaba doldurmuş olsa da, dəhlizdən hələ də sirkə qoxusu gəlir.
Təkcə isti sirkənin qoxusundan, eləcə də qaynadılan meyvə‐
lərin, tərəvəzin iyindən Fredin öd kisəsi qıcıqlanmağa başlayır.
Bütün qapılar bağlıdır, yalnız cənab Frankenin zirzəmiyə
düşərkən başına qoyduğu köhnə şlyapa asılqanda qalıb. Bizim
24 yeganə otağımızın qapısına qədər divara təzə kağız çəkilib. Bu
otağın içində nazik taxta arakəsmə ilə balaca bir yer dü‐
zəltmişik. Orada sonbeşiyimiz yatır, bir də işlənməyən köhnə‐
kürüş saxlanılır. Ancaq Frankelərin iki nəfərə dörd otaqları var:
mətbəx, qonaq otağı, yataq otağı və bir də qəbul otağı. Bu
otaqda frau Franke hər gün arvadlı‐kişili çoxlu adam qəbul
edir. Onun neçə komitənin, neçə komissiyanın üzvü olduğunu
bilmirəm, yaratdığı birliklərlə də maraqlanmıram. Bircə onu
bilirəm ki, kilsə idarələri ona bu otağın verilməsini çox vacib
hesab eləyib, halbuki bizə verilsəydi, bütün yaralarımızı
sağaltmasa belə, hər halda, ər‐arvad kimi bir yerdə yaşa‐
mağımızı təmin edərdi.
Frau Franke altmış yaşına rəğmən, gözəl görünür. Ancaq
gözlərindəki parıltı hamını məftun etsə də, məni qorxuya salır.
Onun qara, amansızlıq yağan qəddar gözləri, ustalıqla
rənglənmiş, daranmış saçları, mülayim, titrək, ancaq mənimlə
danışanda cingildəyən səsi, paltarlarının biçimi, eləcə də hər
səhər müqəddəs dini ayinlərdə iştirak etməsi və hər ay rayo‐