Page 23 - heynrix
P. 23
İKİ ROMAN ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
Avtomata tərəf əyildim, diyirlənən şarlara baxdım, onlar‐
dan çıxan səslərə qulaq asdım, Betsnerin piştaxtanın yanındakı
kişiyə pıçıldadığı sözləri eşitdim:
– Cibindəkinin hamısını son qəpiyinə qədər uduzmamış
oradan duran deyil...
II 23
Fredin göndərdiyi pulu elə hey sayır, sayıram: tünd‐yaşıl,
yamyaşıl, mavi əsginaslar... Üzərində, yəqin ki, ticarətin, ya da
şərabçılığın rəmzi kimi dərz daşıyan qadınların, iridöşlü
qadınların başları təsvir olunan əsginaslar... Tarixi qəhrəmanın
mantiyasına bürünmüş kişi bir əlində təkər, o birində çəkic
tutub – bu da, yəqin, sənətkarlığın rəmzidir. Yanında sinəsinə
balaca bir bank təsvirini sıxmış yapışıqsız bir qız dayanıb,
ayaqlarının ucunda da hansı memarınsa xətkeşi, bürmələnmiş
kağızı var. Yaşıl əsginasın ortasında çirkin bir yaramaz təsvir
olunub: sağ əlində tərəzi tutub, ölgün gözlərini də uzaqlara
zilləyib. Bu qiymətli əsginaslara iyrənc naxışlar vurulub,
künclərində də qiymətlərini göstərən rəqəmlər yazılıb. Qəpik‐
lərin üzərinə palıd yarpağı, sünbül şəkli, tənək yarpağı, çarpaz
şəkildə üst‐üstə qoyulmuş iki çəkic həkk olunub. Arxa
tərəflərində isə qorxunc qartal təsviri... Qanadlarını elə gərib
ki, sanki kimisə, nəyisə caynaqlarına keçirmək üçün bu dəqiqə
uçacaq.
Əsginasları ayırdıqca, qəpikləri üst‐üstə yığdıqca uşaqlar
əlimə baxır: bu, kilsə idarələrindən birində telefonçu işləyən
ərimin aylıq qazancıdır – üç yüz iyirmi mark səksən üç pfenniq.
Kirayə üçün verəcəyim pulu bir tərəfə qoyuram. Sonra da
işığın, qazın və sığortanın pulunu ayırıram, çörəkçinin borcunu
sayıb götürürəm, artıq qalanını dəqiqləşdirirəm: iki yüz qırx
mark. Fred yazır ki, özünə on mark götürüb, sabah qaytaracaq.
Ancaq o pula içəcək...
Uşaqlar üzümə baxır: sakit sifətlərindən ciddilik yağır.
Ancaq onlara bir sürprizim var: bu gün girəcəkdəki dəhlizdə
oynaya bilərlər. Franke ilə arvadı həftənin sonuna qədər Ka‐
tolik Qadınlar İttifaqının qurultayında iştirak etməyə gediblər,