Page 25 - heynrix
P. 25
İ ROMAN
nun üzdə olan xanımlarını qəbul edərkən yepiskopun üzüyünü ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
öpməsi faktları göstərir ki, belə bir adamla çəkişməyin mənası
yoxdur. Biz onunla altı ay mübarizə aparandan sonra bunu 25
başa düşdük və mübarizədən əl çəkdik.
Uşaqlar dəhlizdə oynayır. Belə sakit oynamağa elə öyrə‐
şiblər ki, hətta icazə veriləndə də səs salmırlar. Səslərini güclə
eşidirəm: karton qutuları bir‐birinə bağlayıb dəhlizin bu
başından o başına çatan bir qatar düzəldiblər və onu ehtiyatla
irəli‐geri çəkirlər. Stansiyalar düzəldir, qatarı tənəkə qutularla,
taxta parçaları ilə yükləyirlər. Əmin ola bilərəm ki, axşam
yeməyinə qədər beləcə oynayacaqlar. Balaca isə hələ yatır.
Pulları bir də sayıram. Bu qiymətli, çirkli əsginasların
qoxusu öz şirinliyi ilə məni bir az qorxudur. Ürəyimdə Fredin
borclu olduğu on markı da onların üstünə gəlirəm. O, pulun
hamısına içəcək! İki ay bundan əvvəl bizi tərk edib, dostlarının
evində, sığınacaqlarda gecələyir, çünki bu darlığa, frau
Frankeyə, Hopflar kimi dəhşətli qonşulara daha dözə bilmir. O
vaxt şəhər kənarında qəsəbə salan Mənzil Komissiyası bizim
əleyhimizə qərar çıxardı, çünki Fred içki düşkünüdür. Mənim
haqqımda keşişin dedikləri də xeyrimizə olmadı. Kilsə bir‐
liklərinin tədbirlərində iştirak etməməyim onun xoşuna gəlmir.
Komissiyanın sədri də Frankedir və bununla necə düzgün,
tamahsız qadın olduğunu bir daha “sübut etdi”. Əgər bizə
mənzil verilsəydi, indi qaldığımız bu otaq boşalardı, onu özünə
yemək otağı edərdi. Amma, öz ziyanına da olsa, bizim əley‐
himizə səs verdi.
Həmin vaxtdan məni elə bir qorxu bürüyüb ki, onu təsvir
etməyə cəsarətim çatmır. Belə nifrətə tuş gəlməyimin özü
məni qorxudur. İsanın cismini yeməyə1 qorxuram, çünki ondan
ləzzət aldıqca frau Franke daha vahiməli görünür, gözləri
hiddətlə alışıb‐yanır. Müqəddəs Allah kəlamına qulaq asmağa
qorxuram, halbuki ibadətin şirinliyi olub‐qalan yeganə sevin‐
cimdir. Mehrabdakı keşişə – səsini tez‐tez onun qəbul
1 Rəvayətə görə, İsa peyğəmbər vida yeməyi zamanı öz həvarilərinə demişdi
ki, onun cismi çörək, qanı şərabdır...