Page 21 - heynrix
P. 21
İ ROMAN
O heç təəccüblənmədi, nisyə götürdüyü radio, mətbəx ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
dolabı, divan, arvadına aldığı qış paltosu üçün nə qədər pul
ödədiyindən danışdı, sonra mövzunu dəyişib təzədən məktəb 21
illərinə qayıtdı. Ona qulaq asa‐asa məni vahimə dolu bir hiss
bürüdü: mənə elə gəldi ki, o, iki min il bundan əvvəl baş verən
hadisələrdən danışır. Gördüm, lap qədimlərdə dalandarla
dalaşırıq, silgiləri yazı taxtasına tərəf tolazlayırıq, ayaqyoluda
siqaret çəkirik... Bunların hamısı sanki çox uzaq bir keçmişdə
baş vermişdi, indi mənə elə yad, elə uzaq görünürdülər ki,
dəhşətə gəldim, ayağa durub: “Yaxşı, onda bağışla...” – dedim
və xudahafizləşdim.
Dəhlizə çıxanda dostumun sifəti yenə tutuldu, yenə
hamam otağından arvadının cingiltili səsi eşidildi, ancaq nə
dediyini başa düşmədim, özü də nəsə donquldandı, yəqin,
“qurtar!” dedi. Qapı arxamca bağlandı, çirkli pilləkənlə düşə‐
düşə geri boylananda gördüm ki, o, balaca şüşəli qapıdakı
pərdəni geri çəkib arxamca baxır.
Yavaş‐yavaş piyada şəhərə qayıtdım. Yağış yenə çisələ‐
məyə başlamışdı, hər yerdən çürüntü, nəm iyi gəlirdi, küçə‐
lərdəki qaz lampaları yandırılmışdı. Yolüstü meyxanaların
birinə girib şnaps içdim, valoxudan avtomatın arxasında otu‐
ran kişiyə baxdım. Estrada musiqisinə qulaq asmaq üçün tez‐
tez ora qəpik atırdı. Ağzımdakı siqaretin tüstüsünü piştaxtanın
üstünə püfləyib, sir‐sifətindən lənətlənmiş adama oxşayan
ciddi görkəmli sahibənin üzünə baxdım, pulunu verib yoluma
davam etdim.
Uçub dağılmış evlərin xarabalıqlarından sarı, qəhvəyi
rəngə çalan yağış suyu şırıltı ilə səkiyə tökülür, altı ilə yeridiyim
taxtabənddən paltoma sanki əhəng damcılayırdı.
Dominikan kilsəsinə girib dua etmək istədim. İçəri
qaranlıq idi, tövbə hücrələrinin ətrafına dəstə‐dəstə kişilər,
qadınlar, uşaqlar yığışmışdılar. İrəlidəki mehrabda iki şam,
lampadanın əbədi qırmızı işığı, eləcə də tövbə hücrələrindəki
xırda lampalar yanırdı. Üşüsəm də, bir saata yaxın kilsədə
qaldım. Hücrələrdən gələn həzin səslərə qulaq asdım, oradan
kimsə çıxıb əlləri ilə üzünü tuta‐tuta yan hücrəyə gedərkən