Page 27 - heynrix
P. 27
İ ROMAN
pilləkəni necə ağır addımlarla qalxdığını, tövşüyə‐tövşüyə ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
bizim qapının ağzından keçib dəhlizlə getdiyini eşidirəm.
27
Uşaqlar nadir hallarda görə bildikləri belə mebeldən
qorxurlar və tərəddüdlə üstünə dəri üzlük çəkilmiş stullara
otururlar. Qorxudan elə sakit otururlar ki, az qalıram ağlayam.
Onlar üçün boşqab qoyulmuşdu, yanlarına da hədiy‐
yələri: corab və məlum məsələdir ki, otuz beş ildən bəri milad
bayramlarında Frankelər ailəsi üçün səciyyəvi olan donuz
şəklində düzəldilmiş yığım kassaları...
Fred qaşqabağını tökmüşdü və görürdüm ki, gəldiyinə
peşmandır. Pəncərəaltına söykənmişdi, cibindən əzik‐üzük bir
siqaret çıxarıb, onu yavaş‐yavaş barmaqları arasında şumal‐
ladı, sonra da yandırdı.
Frau Franke qədəhləri şərabla, uşaqlar üçünsə rəngarəng
çini piyalələri limonadla doldurdu. Piyalələrin üstündə
“Canavar və yeddi çəpiş” nağılının motivləri təsvir olunmuşdu.
İçdik. Fred şərabını birdəfəyə içdi, qədəhi əlində saxlayıb
sınayıcı nəzərlə ona baxdı, sanki şərabın dadını xatırlamağa
çalışdı. Belə anlarda ona valeh oluram, çünki üz‐gözündən hər
şey oxunur, nəsə deməyə ehtiyac qalmır: iki donuzşəkilli yığım
kassası, bir qədəh şərabla başımı aldada bilməzsiniz, mənzili‐
miz çox darısqaldır...
Bu dəhşətli dəvət soyuq bir vida səhnəsi ilə sona çatdı və
mən bir‐iki gündən sonra bu barədə nələr danışacağını frau
Frankenin gözlərindən oxudum: saysız‐hesabsız günahlarımı‐
zın üstünə naşükürlük, nəzakətsizlik də əlavə olunacaq, özü
üçün ucaltdığı şəhidlik “zirvəsini” iki mərtəbə də qaldıracaq.
Cənab Franke nadir hallarda nəsə deyir, ancaq biləndə ki,
arvadı evdə yoxdur, hərdən başını içəri salır, dinməzcə qapının
yanındakı stolun üstünə bir qıça şokolad qoyur. Bəzən də
orada zərfə qoyulmuş pul tapıram, hərdən dəhlizdə uşaqlarla
danışdığını, nəsə mızıldadığını eşidirəm. Uşaqlar deyir ki,
onların başını tumarlayır, “əzizim” deyir.
Frau Franke isə başqa cürdür, söhbətcildir, şuxdur, ancaq
həssaslıqdan uzaqdır. Şəhərin əski tüccar sülaləsindəndir.
Nəsillər dəyişdikcə alver etdikləri mallar da dəyişmişdi, qiy‐