Page 31 - heynrix
P. 31
İ ROMAN

hamam otağından çıxarıb gətirmişdilər – zəif işıq da elə onun ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
şüşələrindən gəlirdi. Dayandım və bir anlığa fikirləşdim:
“İnandırıcı deyil, ancaq, bəlkə də, içəri istidir”. Sınıq‐salxaq 31
pilləkənlə yuxarı qalxdım. Deyəsən, qapısı salamat qalmışdı,
müşəmbəli idi. Ancaq içəri isti deyildi. Papağımı çıxarıb
skamyaların arası ilə yavaş‐yavaş irəlilədim, nəhayət, yan
tərəflərdə quraşdırılmış hücrələrdə şamların yandığını gör‐
düm. İçərinin bayırdan soyuq olduğunu hiss etsəm də, yoluma
davam etdim: əməlli‐başlı buzxanaydı! Bütün künc‐bucaqdan
yel çəkirdi. Divarların bəzi yerlərinə daşdan deyil, süni
lövhəciklərdən “yamaq vurulmuşdu”, onları da, sadəcə olaraq,
yan‐yana düzmüşdülər, aralarından yapışqan kütləsi şişib çölə
çıxmış, lövhələr bir‐birindən qopub ayrılmış, sallanmışdı.
Divarın şişkin yerlərindən çirkab, nəmişlik qoxusu gəlirdi və
mən tərəddüd içində sütunların birinin yanında dayandım.

İki pəncərənin arasında ikona, dua kitabları üçün nəzərdə
tutulmuş hündür daş stolun arxasında ağ cübbəli keşiş dua
edirdi. Əllərini göyə qaldırmışdı. Keşişin yalnız kürəyini görsəm
də, bildim ki, bərk üşüyür. Hətta bir anlığa mənə elə gəldi ki,
qarşısındakı açıq dua kitabı, yuxarı qalxmış arıq əlləri və
üşüyən kürəyi ilə burada təkdir. Ancaq şamların səyriyən
tutqun işığında bir qızın sarışın başını da gördüm. Qız elə sidqi‐
ürəkdən əyilib dua edirdi ki, hörüksüz saçları iki yerə bölünüb
çiyinlərinə dağılmışdı. Yanında bir oğlan uşağı diz çöküb, başını
dayanmadan oyan‐buyana əyirdi. Alaqaranlıqda yalnız yan
tərəfdən görsəm də, qırmızı rəngə çalan göz qapaqlarının
şişkinliyindən, açıq ağzının əyriliyindən bildim ki, bir az ağıl‐
dankəmdir. Hərdən gözləri bir anlığa yumulanda səfeh sifə‐
tində ani bir nifrət qığılcımı hiss olunurdu.

Keşiş geri döndü: solğun bənizli yöndəmsiz bir kəndli idi.
Əllərini aşağı salıb bir‐birinə çarpazlamamışdan əvvəl yanında
durduğum sütuna tərəf baxıb nəsə mızıldandı. Axır ki, geri
döndü, daş stola tərəf əyildi, sonra qəfil hərəkətlə çevrilərək
gülünc bir təntənə ilə qıza və kəmağıl oğlana xeyir‐dua verdi.
Qəribədir ki, mən də kilsədə olduğuma baxmayaraq, bu xeyir‐
duanı özümə aid etmədim. Keşiş üzünü təzədən mehraba
   26   27   28   29   30   31   32   33   34   35   36