Page 28 - heynrix
P. 28
HAYNRİX BÖLL
mətini artırmışdı. Neftdən, duzdan, undan, balıqdan, mahuddan
başlayıb şəraba keçmişdilər, axırda da siyasətə girişmişdilər.
Sonra işləri düz gətirmədiyi üçün torpaq alqı‐satqısında
vasitəçiliklə məşğul olmuşdular, məncə, indi ən bahalı malın
alverinə keçiblər: Allah alverinə...
Frau Franke nadir hallarda yumşalır: ən çox da puldan
danışanda... Söhbət puldan düşəndə onun adını elə şirin bir
ləhzədə tələffüz edir ki, mən qorxuram. Bəzi adamlar “həyat”,
“məhəbbət”, “ölüm”, “Allah” sözlərini belə tələffüz edirlər:
şirin‐şirin, bir az çəkinə‐çəkinə, böyük bir nəvazişlə... O, pul‐
dan, bir də şorabalarından danışanda gözlərindəki parıltı
tutqunlaşır. Bunların ikisi də onun üçün ən qiymətli xəzinədir,
heç kəs ora yaxın düşə bilməz. Bəzən kömür, kartof gətirmək
üçün zirzəmiyə düşəndə əməlli‐başlı qorxuram: görürəm,
böyrümdə şoraba qablarını sayır, avazla nəsə mızıldanır,
rəqəmləri sehrli bir litanayın sözləri kimi musiqi üstündə deyir,
səsi mənə ibadət edən rahibənin səsini xatırladır. Vedrələrimi
28 də orada qoyub yuxarı qaçıram, uşaqlarımı bağrıma basıram,
hiss edirəm ki, onları nədənsə qorumalıyam. Uşaqlar üzümə
baxa‐baxa qalırlar. Artıq böyüməyə başlayan oğlumun, qızımın
qara gözləri üzümə dikilir, gah nəsə başa düşürlər, gah heç nə
anlamırlar, tərəddüdlə mənə qoşulub dua edirlər, hansı
litanayınsa yeknəsəq ahəngi, ya da “Atalarımız” duasının
cümlələri necə gəldi ağzımızdan tökülür...
Artıq saat üç olub, bazar günü qorxusu qapını kəsdirib,
bayırdan səs‐küy gəlir və mən şən şənbə axşamının yaxınlaş‐
dığından xəbər verən səslər eşidirəm, ürəyim qırılır. Pulu təzə‐
dən sayıram, onların üstündəki yeknəsəq şəkillərə baxıram,
işə başlamağı qərara alıram. Dəhlizdə uşaqlar gülüşür, balaca
da oyanıb, işə başlamalıyam. Səhərdən gözlərimi dikib fikrə
getdiyim stoldan başımı qaldıranda baxışlarım evimizin
divarlarını bəzəyən ucuz reproduksiyalara – Renuarın çəkdiyi
könüloxşayan qadın surətlərinə sataşır. Hamısı mənə yad
görünür... Elə yad ki, yarımca saat əvvəl onlara necə döz‐
düyümü özüm də başa düşə bilmirəm. Onları bir‐bir qoparıb
tələsmədən cırıram, cırıqlarını indicə aparıb bayıra atacağım