Page 29 - heynrix
P. 29
İKİ ROMAN ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ

zibil vedrəsinə tullayıram. Baxışlarım divarları dolaşır, gözlərim
qapının başında İsanın çarmıxa çəkilməsini təsvir edən
şəkildən və müəllifini tanımadığım bir əsərdən başqa, heç
nəyə aman vermir. Harada başlayıb, harada qurtardığı bilin‐
məyən, rəng sarıdan çox kasad olan bu şəkil də indiyə qədər
məni çəkməmişdi, ancaq indi özüm də bilmədən onu başa
düşürəm...

III 29
Mən vağzaldan çıxanda dan yenicə sökülürdü, küçələr də
hələ bomboş idi. Bu küçələr fasadlarına çirkli yamaq‐yumaq
vurulmuş evlərin arası ilə çəpinə uzanıb gedirdi. Soyuq idi,
vağzalın qarşısındakı meydanda bir neçə taksi sürücüsü üşüyə‐
üşüyə dayanmışdı. Əllərini paltolarının ciblərinə soxmuşdular.
Mavi furajkaların altındakı dörd, ya beş solğun sifət mənə
tərəf çevrildi. Sanki ipə düzülmüş gəlinciklər idi. Ancaq bu,
bircə an çəkdi, hamısı başını təzədən vağzalın çıxış qapısına
tərəf çevirdi.
Belə tezdən bayırda fahişələr də gözə dəymirdi, mən
asta‐asta küçəyə burulanda vağzal saatının böyük əqrəbi də
yavaş‐yavaş doqquza yaxınlaşdı: altıya on beş dəqiqə qalırdı.
Sağ tərəfdəki böyük binanın qarşısı ilə uzanan küçəyə çıxdım,
diqqətlə vitrinlərə baxmağa başladım: axı haradasa açıq kafe
və ya pivəxana olmalı idi, ya da zəhləm gedən xırda dükanlar‐
dan biri... Ancaq onlar, hər halda, bu vaxt ilıq qəhvə, təzədən
qızdırılmış, kazarma dadı verən bulyon satılan gözləmə
zallarından yaxşı idi. Paltomun yaxalığını qaldırdım, künclərini
səliqə ilə bir‐birinin altına keçirdim, həm ona, həm də şalvara
bulaşmış çirki təmizlədim.
Dünən axşam həmişəkindən çox içmişdim, gecə saat birə
qalanda hərdən mənə gecələməyə yer düzəldən Maksın
yanına getmişdim. Maks vağzaldakı saxlama kamerasında
işləyir, onu müharibə vaxtından tanıyıram. Saxlama kamera‐
sının ortasında böyük bir qızdırıcı var, ətrafına taxta arakəsmə
çəkilmiş, yanına da skamya qoyulmuşdu. Aşağı mərtəbədə
   24   25   26   27   28   29   30   31   32   33   34