Page 32 - heynrix
P. 32
HAYNRİX BÖLL
tərəf döndərdi, papağını başına qoydu, sağ tərəfdəki şamı
üfürüb söndürdü. Sonra yavaş‐yavaş baş mehraba tərəf gedib
təzim etdi və kilsənin qaranlığına qarışıb yox oldu. Onu bir
daha görmədim, yalnız qapı cırıltısı eşitdim. Sonra qızı bircə
anlığa işıqda görə bildim: o zərif, səmimi vücud ayağa durub
təzim etdi, sol tərəfdəki şamı söndürmək üçün pillələrlə yuxarı
qalxdı. Bircə anlığa şamın sarımtıl işığında dayandı və gördüm
ki, doğrudan da, gözəldir. Dodaqlarını büzüb şamı üfürəndə
iri, nazik, aydın, ağıllı sifəti göründü. Sonra qaranlıq onu da,
oğlanı da uddu və mən onları bir də yuxarıdakı pəncərədən
süzülən bozumtul işığa çıxanda gördüm. Yanımdan keçərkən
ani, sınayıcı, çox sakit baxışla məni süzdü; başının, boynunun
duruşuna heyran qaldım. Gözəl idi və mən onun arxasınca get‐
dim. Qapıya çatanda bir də təzim etdi, onu açıb, oğlanı arxa‐
sınca dartdı.
Onların arxasınca düşdüm. Vağzalın əks tərəfindəki
xarabalıqlarla, balaca dükanlarla dolu kimsəsiz küçəyə burul‐
32 dular, gördüm ki, qız bir neçə dəfə ətrafa boylandı. Nazikbə‐
dəndi, yaşı da on səkkizdən, on doqquzdan yuxarı olmazdı;
eləcə ağıldankəm oğlanı arxasınca dartıb aparırdı.
Getdikcə evlərin sayı çoxalır, yalnız hərdən dükanlar gözə
dəyirdi, ancaq tramvay xətləri çox idi. Mən şəhərin hərdənbir
olduğum bu hissəsini tanıdım. Burada tramvay parkı da olmalı
idi: qırmızımtıl rəngə çalan uçuq‐sökük divarın arxasından
tramvay təkərlərinin xırçıltısı eşidilir, qaranlıqda qaynaq
cihazından qopan qığılcımlar görünür, qaz balonunun fışıltısı
eşidilirdi.
Divara o qədər baxmışdım ki, qızın dayandığını görmə‐
mişdim. İndi onlara çox yaxınlaşmışdım və gördüm ki, dükan‐
lardan birinin qabağında dayanıb açar axtarır. Oğlan göyə
baxırdı. Qız geri çevrilib mənə nəzər saldı, yanından keçəndə
bir anlığa tərəddüd etdim, artıq qapısını açdığı dükanın isə
qəlyanaltı olduğunu gördüm.
Açıq qapıdan içərinin bomboz qaranlığında stullar, piş‐
taxta, qəhvəbişirən maşının tutqun gümüşü parıltısı görü‐
nürdü. Boyat kartof qoğalının iyi gəldi və mən çirkli şüşənin