Page 37 - heynrix
P. 37
İ ROMAN
indi qızın qəhvəbişirən maşının kranlarını necə işlətdiyini ... VƏ BİRCƏ KƏLMƏ DƏ DEMƏDİ
görəndə bildim ki, bu da qalacaq. Paltomun düymələrini
açdım, papağımı boş stullardan birinin üstünə qoydum. 37
– Mənə kökə də verə bilərsiniz? – soruşdum. – Təzə‐
dirlər?
– Əlbəttə! Neçə dənə istəyirsiniz? İndicə bişib.
– Dörd dənə. Yağ da verin.
– Olar... Nə qədər?
– Əlli qram.
Kökələri səbətdən götürüb boşqaba yığdı, bıçaqla
yarımfutluq yağ qutusunu iki bölməyə başladı.
– Tərəzim yoxdur, bir az çox olar? – soruşdu. – Dörddən
biri... Bıçaqla kəsərəm.
– Olar, – dedim, – əlbəttə, olar!
Və dəqiq gördüm ki, dörddə birdən çox oldu, çünki
kökələrin yanına qoyduğu kəsik o birilərdən böyük idi. Yağın
üstündəki kağızı ehtiyatla ayırdı, əlində məcməyi mənə tərəf
gəldi.
Məcməyi indi lap gözümün önündə oynayırdı, çünki qız
o biri əli ilə kağız dəsmalı açmaq istəyirdi. Ona kömək elədim,
dəsmalı açdım, bir anlığa əllərini iylədim. Əllərinin yaxşı
qoxusu vardı.
– Buyurun, – dedi.
– Çox sağ olun!
Özümə qəhvə süzdüm, içinə qənd atıb qarışdırdım,
içməyə başladım. Qəhvə isti, ləzzətli idi. Yalnız arvadım belə
qəhvə dəmləyə bilir, ancaq evdə nadir hallarda qəhvə içirəm.
Axırıncı dəfə nə vaxt belə yaxşı qəhvə içdiyimi yadıma salmağa
çalışdım. Dalbadal bir neçə qurtum aldım, o dəqiqə hiss etdim
ki, halım yaxşılaşır.
– Əntiqədir, – dedim, – qəhvənizə söz ola bilməz.
Gülümsəyib başını tərpətdi. Qəflətən anladım ki, ona
baxmaqdan xoşum gəlir. Qızın burada olması əhvalımı yaxşı‐
laşdırırdı, sakitləşirdim.
– Hələ indiyəcən mənə deyən olmayıb ki, belə yaxşı
qəhvə hazırlayıram.