Page 40 - heynrix
P. 40
HAYNRİX BÖLL

Qapının ağzında iki ağ köynəkli oğlan qatlanmış bir şüarı
açıb, taxta dayaqlara bənd etmək istəyirdi. Küçələrə gül
səpilmişdi. Şüar tam açılıncaya qədər dayanıb gözlədim, ağ
kağızın üstünə qırmızı hərflərlə yazılmış sözləri oxudum:
“Yaşasın bizim mənəvi çobanımız!”

Siqaret yandırdım və pul tapmaq, axşama otaq tutmaq
üçün yavaş‐yavaş şəhərə tərəf getdim.

IV
Hər dəfə vedrəni doldurmaq üçün əlüzyuyanın kranına
yaxınlaşanda istər‐istəməz güzgüdə sifətimi görürəm: həyatın
bütün ağrı‐acılarını görmüş arıq bir qadının çöhrəsini...
Saçlarım hələ tökülməyib, gicgahlarımdakı bir neçə ağ tel
sarışın saçlarımın arasında gümüş kimi parıldayır... Bu, iki bala‐
ca uşağım barədə nigarançılığımın kiçik bir nişanəsidir və
həmişə yanına tövbə etməyə getdiyim keşiş deyir ki, onlar
üçün dua etməliyəm. Onlar da bir vaxtlar Frans kimi körpə
40 idilər, yenicə çarpayıda dikəlməyə başlamışdılar, mənə nəyisə
başa salmağa çalışırdılar. Bu uşaqlar heç vaxt güllü‐çiçəkli
çəmənlərdə oynaya bilmədilər, ancaq mən onları hərdən
güllü‐çiçəkli çəmənlərdə oynayan görürəm və onda çəkdiyim
dərdə nəsə bir razılıq hissi də qarışır. Ondan razıyam ki, həyat,
heç olmasa, bu iki uşağı mənə çox görmədi. Ancaq eyni za‐
manda xəyalımda o biri iki varlıq da ildən‐ilə böyüyür, aydan‐
aya dəyişir. Uşaqlar böyüdükcə necə görünürlərsə, onlar da
eləcə görünürlər. Güzgüdə sifətimin arxasında dayanıb təbəs‐
sümlə mənə baxan həmin uşaqların gözlərindən müdriklik
yağır, mən isə bundan nəticə çıxarmıram. Çünki güzgünün
dərinliklərindən, gümüşü qaranlıqlardan iztirab dolu bir
təbəssümlə boylanan bu iki uşağın gözlərində səbir var... Sonu
görünməyən bir səbir. Ancaq mən... mən səbirsizəm. Onların
məsləhət bilmədikləri mübarizədən əl çəkmirəm.
Vedrə yavaş‐yavaş dolur, şırıltı səsi üzdən eşidildikcə,
kranla vedrədəki su arasındakı məsafə qısaldıqca mənim bu
tənəkədən olan gündəlik mübarizə silahımın necə dolduğunu
hiss edir, gözlərimi güzgünün dərinliklərindən çəkir, bir neçə
   35   36   37   38   39   40   41   42   43   44   45